You are here

Namaz qılmağın qaydası

×

Error message

Deprecated function: Function create_function() is deprecated in views_php_handler_field->pre_render() (line 202 of /var/www/drupal7-websites/sites/all/modules/contrib/views_php/plugins/views/views_php_handler_field.inc).

  1. Niyyət etmək

Niyyət etmək namazın doğruluğu üçün şərtdir. Yəni insan qəlbində namaz ilə Allaha ibadət edəcəyi barədə niyyətli olmalıdır. Məsələn, qıldığı namazın məğrib və ya işa olduğunu bilirsə, bu kifayətdir. Niyəti dil ilə demək düzgün deyil. Əsas odur ki, namaza qəlbi və zehni ilə hazır olsun. Niyyəti tələffüz etmək haqqında Peyğəmbərdən və ya onun əshabından heç bir doğru məlumat rəvayət olunmamışdır.

  1. Namaz qılmaq üçün ayaq üstə dayanıb “Allahu əkbər” deylir, ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlar, yaxud da çiyinlər bərabərinə qaldırılır.

Təkbir yalnız “Allahu əkbər” sözləri ilə deyilməlidir. Bu sözlərin mənası Allahın uca və əzəmətli olduğunu təsdiqləməkdir. Şübhəsiz ki, Allah hər şeydən böyük və əzəmətlidir, həmçinin, dünya nemətlərinin, şəhvət və istəklərinin hamısından ucadır. 
Həmçinin, namaz qılarkən dünya eyş-işrətini qəlbimizdən və ağlımızdan çıxarıb yalnız Uca Allaha bağlanmalı, mütilik göstərməliyik..

  1. Təkbir etdikdən sonra sağ əl sol əlin üzərinə qoyulur (namaz əsnasında ayaq üstə dayanarkən daim belə edilir).
  1. İstiftəh duasını oxumaq müstəhəbdir (yaxşıdır). “Subhanəkə Allahummə və bihəmdikə və təbarəkə ismukə və təalə cəddukə va lə iləhə ğəyrukə” (Ey Allahım, Sən naqisliklərdən paksan. Sənə həmd edirik. Sənin adın müqəddəs, cəddin ucadır. Səndən başqa haqq ilah yoxdur).  
  1. Sonra “Əuzu billəhi minə-ş-şeytani-r-rəcim” (Qovulmuş şeytanın şərrindən Allaha sığınıram, pənah aparıram) deylir.
  1. Sonra “Bismilləhi-r-Rahməni-r-Rahim” (Mən mərhəmətli və rəhmli Allahın adı ilə başlayıram) deyilir.
  1. Sonra əl-Fatihə surəsini oxunur. Əl-Fatihə surəsi Qurani-Kərimin ən möhtəşəm, ən əzəmətli surəsidir.
  • Uca Allah bu surəni Peyğəmbərinə nazil etməklə ona böyük bir lütf etmiş və demişdir: (Ey Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni və (böyük) əzamətli Quranı verdik. (əl-Hicr: 87). «Yeddi ayə» əl-Fatihə surəsdir. Ayələrinin sayı yeddi və insanlar tərəfindən gündəlik ən çox oxunan surə olduğu üçün belə adlandırılmışdır.
  • Müsəlmanın bu surəni öyrənməsi vacibdir. Çünki həm camaat namazlarında imamın səssiz oxuduğu rükətlərdə, həm də təklikdə namaz qılan hər kəs bu surəni oxumalıdır.
  1. Fatihəni oxuduqdan və ya imamın qiraətini dinlədikdən sonra “Amin” (Allahım qəbul et!) sözü deyilir.
  1. İlk iki rükətdə Fatihədən sonra istənilən surəni və ya hansısa surədən ayələr oxunur. Üçüncü və dördüncü rükətlərdə isə yalnız Fatihə surəsi oxunur.
  • Sübh, Məğrib və İşa namazlarında Fatihə və ondan sonra oxunan surələr səslə oxunur. Zöhr və əsr namazlarında isə səssiz oxunur.
  • Namazın qalan sözləri isə hamısı alçaq səslə oxunur.

  1. Sonra əllərini qaldırıb rükuya getmək üçün təkbir edlir. Bu zaman birinci təkbirdə edildiyi kimi ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlar, yaxud da çiyinlər bərabərinə qaldırılır.
  1. Bel qiblə istiqamətinə əyilərək rüku edilir.

Rükuda olarkən bel və baş eyni bərabərlikdə olmalıdır. Əllərinin iç hissəsi diz qapaqlarına qoyulur və “Subhanə rabbiyəl azim” deyilir. Bu zikri üç dəfə demək müstəhəbdir. Rüku halı Allahı təzim və tərif etmək məqamıdır.

“Subhanə rabbiyəl azim” (mənası: Əzəmətli rəbbim nöqsanlardan pakdır, müqəddəsdir). Bu sözlər rükuda, Allah qarşısında baş əymiş halda deyilir.

.

  1. Rükudan qiyam vəziyyətinə (ayaq üstə)

qalxılır, birinci təkbirdə edildiyi kimi ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlar, yaxud da çiyinlər bərabərinə qaldırılır və “Səmiəllahu limən həmidəh” (Allah ona həmd edənin duasını qəbul edər) deyilir. Bu sözləri həm imam dayanan, həm də tək namaz qılan deyir. Sonra “Rabbənə valəkəl həmd” (Rəbbimiz sənə həmd olsun) deyilir. Bu sözləri həm imam, həm onun arxasında olanlar, həm də təklikdə namaz qılanlar deyirlər. Deyilən zikrə bu sözləri də əlavə etmək müstəhəbdir: “Həmdən kəsiran tayyibən mubarəkən fihi. Milə-s-səmavati va milə-l-ərdi va milə mə şitə min şeyin bədu” (Allahım Sənə çoxlu gözəl və  mübarək həmd-səna olsun. Göylər və yer dolusu, onların arasında və Sənin istədiyin qədər Sənə həmd olsun).

  1. Sonra təkbir edilib yeddi əza yerə qoyularaq səcdəyə gedilir.

Yeddi əza burun və alın nahiyəsi, iki əl, iki diz, iki ayaqdır. Səcdə zamanı qolların böyürlərdən, qarnın bud nahiyəsindən, budların ayaqlardan, said sümüklərin də yerdən aralı tutulması müstəhəbdir.

  1. Səcdədə “Subanə rabbiyəl alə” deyilir. Bu zikri üç dəfə demək müstəhəbdir.

“Subanə rabbiyəl alə” zikrinin mənası belədir: Öz əzəməti, qüdrəti ilə uca olan Allahı, göylərdən yuxarıda olan Rəbbimin nöqsanlardan pak olduğunu təsdiq edirəm. Bu zikrdə yerə səcdə edən şəxs üçün bir xatırlatma vardır. Belə ki, o, özü ilə rəbbi arasında olan fərqi dərk edir, Rəbbinin qarşısında nə qədər aciz olduğunu anlayır.

Səcdə Allaha dua etmək üçün ən şərəfli məqamlardan biridir. Müsəlman vacib zikri etdikdən sonra Allaha dua edib dünya və axirət xeyirindən arzuladığını istəməlidir. Peyğəmbər demişdir: “Bəndənin Rəbbinə ən yaxın məqamı səcdə anıdır. Bu vaxt çox dua edin” (Muslim: 482).

  1. Sonra “Allahu əkbər” deyilərək iki səcdə arasında oturulur. 

Sol ayaq üzərində oturaraq sağ ayağın dik tutulması müstəhəbdir. Əllər isə diz qapaqlarının yuxarı tərəfinə qoyulur.

  • Namazın bütün oturuşlarında bu şəkildə oturmaq müstəhəbdir. Yalnız ikinci, yəni son təşəhhüd zamanı oturuş fərqli olur. Sağ ayaq yerə dik tutularaq sol ayaq sağ ayağın önündən keçirilir və oturacaq yerə qoyulur.
  1. İki səcdə arasında oturarkən “Rabbiğfirli” zikri deyililir (üç dəfə demək müstəhəbdir).
  1. Sonra eyni qaydada ikinci səcdəni edir.
  1. “Allahu əkbər” deyərək ikinci səcdədən qiyam vəziyyətinə qalxılır.
  1. İkinci rükət də eynilə birinci rükət kimi qılınır. 
  1. İkinci rükətin ikinci səcdəsindən sonra təşəhhüd oxumaq üçün oturur və bu zikri deyilir: 

“Əttəhiyyatu lillahi vəs səlavatu vət tayyibatu, əssəlamu aleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuhu, əssəlamu aleynə və alə ibadillahis salihin. Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu” (Ən gözəl salamlar, namazlar və yaxşı işlər Allaha məxsusdur. Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun. Bizə və Allahın əməlisaleh bəndələrinə Allahın salamı olsun. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın qulu və elçisidir).

  1. Əgər namaz üç və ya dörd rükətlidirsə, qalxıb namazın qalan rükətləri qılınır. 

Üçüncü və dördüncü rükətlərdə yalnız əl-Fatihə surəsini oxumaqla kifayətlənir.

  • Əgər namaz (sübh namazı kimi) ikirükətlidirsə,  sonuncu təşəhhüd oxunur. Bu haqda növbəti bənddə məlumat veriləcəkdir.

  1. Sonuncu rükətin axırıncı səcdəsini etdikdən sonra sonuncu təşəhhüdü oxumaq üçün oturulur.

İkinci rükətdə oxunan təşəhhüd oxunur və Peyğəmbərə  salavat əlavə edilir: “Allahummə salli alə Muhammədin və alə ali Muhəmməd, kəmə salləytə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid. Va bərik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid” (Allahım İbrahimə və onun ailəsinə salavat etdiyin kimi, Məhəmmədə və onun ailəsinə də salavat et. Allahım İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi Məhəmmədə və onun ailəsinə də bərəkət ver. Həqiqətən sən həmd-sənaya və tərifə layiqsən).

  • Sonra bu duanı oxumaq müstəhəbdir: “Əuzu billəhi min azəbi cəhənnəm və min azəbil qabr və min fitnətil məhya vəl məmat və min fitnətil məsihid dəccal” (Cəhənnəm əzabından, qəbr əzabından, diri və ölülərin fitnəsindən, Məsih Dəccalın fitnəsindən Allaha sığınıram). Bu məqamda istədiyi başqa duanı oxuya bilər.
  1. Sonra sağ tərəfə çevrilib: “Əs-Səlamu aleykum va rahmətullah” – deyilir. Sonra da sol tərəfə çevrilib eyni sözlər deyilir.

Müsəlman bu salamı deməklə namazını yekunlaşdırmış olur. Peyğəmbər  demişdir: “Namaz təkbirlə başlanıb salamla bitir” (Əbu Davud:61; Tirmizi:3). Yəni birinci təkbiri deməklə namaza daxil olunur, salam verməklə isə namazdan çıxılır.

  1. Fərz namazının salamını verdikdən sonra bunları oxumaq müstəhəbdir:
  1. Üç dəfə “Əstəğfirullah” (Allahdan bağışlanma diləyirəm) demək.
  2. “Allahummə əntəs salam va minkəs salam təbarəktə ya zəlcələli vəl ikram” (Ey Allahım, Sən bütün naqisliklərdən və eyiblərdən uzaqsan. Əminamanlıq bəxş edən Sənsən. Ey qüvvət və lütf sahibi, Sən həqiqətən böyüksən.)
    “Allahummə lə ma`niə limə atəytə valə mu`tiə limə məna`tə valə yənfəu zəl cəddi minkəl cədd” (Sənin əta etdiyinə heç kəs mane ola bilməz. Sənin qadağan etdiyini isə heç kəs əta edə bilməz. (Mal dövləti və cah-cəlalı ilə) güclü olan insan bununla Səndən (Sənin əzabından) qurtula bilməz.)
  3. Sonra 33 dəfə “Subhanəllah”, 33 dəfə “Əlhəmdulilləh”, 33 dəfə “Allahu əkbər” deyir, yüzü isə bu sözlərlə tamamlamaq: “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu ləhul mulku va ləhul həmdu va huvə alə kulli şeyin qadir” (Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O hər şeyə qadirdir.)

Fatihə surəsini və namazın digər sözlərini əzbər bilməyən şəxs nə etməlidir?

  • Ərəbcə deyilməsi vacib olan namazın sözlərini əzbərləməyə çalışmalıdır: Fatihə surəsi, ‘’Allahu Əkbər’’ (Təkbir), ‘’Sübhanə Rabbiyəl Azım’’, ‘’Səmi Allahu limən həmidəh’’, ‘’Rabbənə ləkəl həmd’’, ‘’Sübhənə Rabbiyəl Alə’’, ‘’Rabbiğfirli’’, ’’ət-Tahiyyatu li’llahi’’ (Təşəhhüd), ‘’Allahummə salli alə Muhəmməd...’’ (Hz. Peyğəmbərə salat və salam), ‘’Əssələmu aleykum və rahmətullah’’.
  • Yuxarıdakı zikr və duaları əzbərləyənə qədər isə namazında bildiyi zikrləri deməsi (təsbih, təkbir və s. gətirməsi) və ya qiyamda ikən əzbərə bildiyi surəni təkrarlaması onun üçün keçərli sayılır. Bu haqda Uca Allah buyurur:  Allahdan bacardığınız qədər qorxun! (Təğabun: 16). 
  • Bu müddət ərzində namazı daha yaxşı mənimsəməsi üçün namazlarını camaatla qılmağa həris olmalıdır. Çünki imam ona tabe olanların xətalarının bir qismini öz üzərinə götürməkdədir.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide