You are here

Səhər və axşam zikrləri

×

Error message

Deprecated function: Function create_function() is deprecated in views_php_handler_field->pre_render() (line 202 of /var/www/drupal7-websites/sites/all/modules/contrib/views_php/plugins/views/views_php_handler_field.inc).

Səhər və axşam zikrləri

Kürsü ayəsi (səh. 273)

Sığınma (qorunma) zikrləri (səh. 274)

“Bismi-l-ləhi-l-ləzi lə yədurru məa ismihi şeyun fi-l-ardı va lə fi-s-səməi va huva-s-səmiu-l-alim”

«Adı dilə gətirilərkən yerdə və səmalarda heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adı ilə! O, Eşidən və Biləndir»
Peyğəmbər demişdir: “Bu zikri səhər və axşam üç dəfə oxuyan bəndəyə heç bir şey ziyan vurmaz” (Tirmizi: 3388).

“Radıytu bi-l-ləhi rabbən, va bi-l-isləmi dinən, va bimuhəmmədin nəbiyyən” 

«Rəbb olaraq Allahdan, din olaraq islamdan, peyğəmbər olaraq Məhəmməddən razı qaldım»
Peyğəmbər demişdir: “Səhərə çıxan və axşama yetişən müsəlman bəndə üç dəfə: «Rəbb olaraq Allahdan, din olaraq islamdan, peyğəmbər olaraq Məhəmməddən razı qaldım.» – deyərsə, Allah qiyamət günü mütləq onu razi salacaqdır” (Əhməd: 18967).

“Allahummə əntə rabbi lə iləhə illə əntə, xaləqtəni va ənə abdukə, va ənə alə ahdikə va vadikə məstətatu, əuzu bikə min şərri mə sənatu, əbuu ləkə binimətikə aleyyə, va əbuu ləkə bizənbi fa-ğfirli fəinnəhu lə yəğfiru-z-zunubə illə ənt”

«Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacar¬dıqca yerinə yetirəcəyəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verilən neməti təsdiq edir, öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur»
Peyğəmbər  demişdir: “Kim gündüz vaxtı bu zikri təsdiq edərək oxuyar və həmin gün axşama çatmamış ölərsə, o, cənnət əhlindən olar. Kim də axşam vaxtı bu zikri təsdiq edərək oxuyar və həmin gecə səhərə çıxmamış ölərsə, o, cənnət əhlindən olar” (Buxari: 5947).

“Asbahnə va asbahə-l-mulku lilləhi (axşam: Əmseynə va əmsə-l-mulku lilləhi) va-l-hamdu lilləhi, lə iləhə illə-l-lah vahdəhu ləşərikə ləhu, ləhu-l-mulk, va ləhu-l-həmd, va huva alə kulli şeyin qadir, rabbi əsəlukə xeyrə mə fi həzə-l-yaum (axşam: həzihi-l-leyləti) va xeyra mə badəhu (axşam: badəhə) vəəuzu bikə min şərri mə fi həzə-l-yaum (axşam: həzihi-l-leyləti) vəşərri mə badəhu (axşam: badəhə), rabbi əuzu bikə minə-l-kəsəli va sui-l-kibəri, rabbi əuzu bikə min azəbin fi-n-nər va azəbin fi-l-qabr”

«Biz də sabaha çıxdıq, bütün mülk də Allah üçün sabaha çıxdı. Həmd Allaha məxsusdur, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, təkdir və şəriksizdir, Mülk və Həmd onundur, təkcə O, hər şeyə qadirdir. Rəbbim! Bu günün şərrindən və onun ardınca gələn şərdən Sənə sığınıram. Rəbbim! Tənbəl-likdən və pis qocalıqdan Sənə sığınıram, Rəbbim Cəhənnəm və qəbir əzabından Sənə sığınıram»
Axşam oxunduqda “sabah” sözü axşam, “gün” sözü isə gecə sözü ilə əvəz olunur.

Yemək yeyərkən edilən zikrlər

Yeməkdən öncə

Biriniz yemək yedikdə “Bismilləh” (Allahın adı ilə başlayıram) desin. Əgər yeməyin əvvəlində deməyi unudarsa, “Bismilləhi fi avvəlihi va axirihi“ (Əvvəlində də, sonunda da Allahın adı ilə başlayıram) – desin. (Tirmizi: 1858; 3264).

Yeməkdən sonra

Kim yemək yedikdən sonra bunu deyərsə, keçmiş günahları bağışlanar: “Əl-həmdu lilləhi-l-ləzi ətaməni həzə va razəqanihi min ğeyri haulin minni va lə quvvah“
«Özüm heç bir qüdrət və güc sərf etmədən mənə bu təamı qismət edən və ruzini verən Allaha həmd edirəm» (Tirmizi: 3458; Əbu Davud: 4023).

Evdə edilən dualar

Evə daxil olduqda

“Allahummə inniəs’əlukə xayra-l-muləci va xayra-l-məxrəci . Bismilləhi valəcnə, va bismilləhi xaracnə, va alə rabbinə təvakkəlnə”
«Allahım! Səndən qayıtmağımızın və çıxmağımızın xeyirli olmasını diləyirik. Allahın adı ilə qayıdır, Allahın adı ilə çıxır və Rəbbimiz Allaha arxalanırıq».
 Bunu dedikdən sonra ev adamlarına salam verin” (Əbu Davud: 5096).

 Evdən çıxarkən

“Bismilləh, təvakkəltu aləllah, va lə haulə va lə quvvatə illə billəh. Allahummə inni əuzu bikəən ədillə, au udall, au əzillə, au uzəll, au azlım, au uzlam, au əchəl, au yuchəl aleyyə”
«Allahın adı ilə, Allaha arxalanıram. Güc və qüvvət yalnız Allahdandır.Allahım, Sənin yolundan azdırmaqdan və azdırılmaqdan, insanlar qarşısında alçaltmaqdan və alçaldılmaqdan, zülm etməkdən və zülm edilməkdən, başqasına qarşı cahillik etməkdən və mənə qarşı cahillik edilməsindən Sənə sığınıram»

Yatarkən edilən zikrlər

Yuxudan oyandıqda

“Əlhəmdu lilləhi-l-ləzi əhyənə badə  məəmətənə və ileyhi-n-nuşur”
«Həmd bizi öldürdükdən sonra dirildən Allaha məxsusdur və biz Ona qayıdacağıq” 
(Buxari: 5953; Muslim: 2711).

Azan zikrləri

Azanı eşidən müsəlmanın müəzzinin dediklərini olduğu kimi təkrar etməsi dindəndir. Yalnız “Həyyə alə-s-saləh” və “Həyyə aləl fələh” sözlərini eşidəndə “Lə houlə valə quvvatə illə billəh” (Güc və qüvvət yalnız Allahdandır) – deyir.

Azanı oxuyub qurtardıqdan sonra bu dua oxunur: 
“Allahummə rabbə həzihi-d-dəvəti-t-təmmə, va-s-saləti-l-qaimə. Əti Muhəmmədən əl-vasılətə va-l-fadılətə, vabashu məqamən məhmudan əlləzi vaadtəhu” 
“Ey bu kamil duanın və qılınacaq namazın Rəbbi olan Allahım! Məhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et! Onu vəd etdiyin tərifəlayiq məqama yüksəlt” 
Peyğəmbər bu duanı deyən şəxsi “Şəfaətim ona halal olar!” – sözləri ilə müjdələmişdir. (Buxari: 589)

Məscid zikrləri

“Bismilləh, va-s-salətuva-s-sələmu alə rasulilləh. Allahummə-ğfirli zunubi, vaftəh li əbvabə rahmətikə”
«Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun. Allahım! Mənim günahlarımı bağışla və mənə rəhmətinin qapılarını aç!»
Məsciddən çıxdıqda isə bu dua oxunur:
“Bismilləh, va-s-salətu va-s-sələmu alə rasulilləh. Allahummə-ftəh li əbvabə fadlik”
«Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun. Allahım! Mənə lütf qapılarını aç!»

Fərz namazdan sonra

Üç dəfə “Əstəğfirullah” deyilir.

“Allahumməəntə-s-sələm, va minkə-s-sələm, təbəraktə yə zə-l-cələli va-l-ikram”
“Allahım! Sən Salamsan, salamatlıq (müvəffəqiyyət) Səndəndir. Ey əzəmət və hörmət Sahibi, xeyir-dua Səndəndir” (Muslim: 591).

Sonra 33 dəfə “Subhənəllah”, 33 dəfə “Əlhəmdulilləh”, 33 dəfə “Allahu əkbər” deyilir. Bunların cəmi doxsan doqquz edir, yüzü isə “Lə iləhə illəllah vahdəhu lə şərikə ləh, ləhul mulku va ləhul həmdu va huvə alə kulli şeyin qadir” zikri ilə tamamlanır. (Muslim: 597)

Peyğəmbər  bu zikrləri deyənləri günahlarının bağışlanması ilə müjdələmişdir. Onların günahları dənizin köpükləri qədər olsa yenə də bağışlanar. (Muslim: 597)

Kürsü ayəsini oxumaq (bax səh. 273).

Sığınma (qorunma) surələrini oxumaq (bax səh. 274).

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide