You are here

Həccin mənası

×

Error message

Deprecated function: Function create_function() is deprecated in views_php_handler_field->pre_render() (line 202 of /var/www/drupal7-websites/sites/all/modules/contrib/views_php/plugins/views/views_php_handler_field.inc).

Həcc Peyğəmbərdən öyrənilən müəyyən ifadə və hərəkətlərin icra edilməsi üçün Allahın müqəddəs evinə gəlməkdir. Ehram, Kəbəni yeddi dəfə təvaf etmək, Səfa və Mərva dağları arasında yeddi dəfə gedib-gəlmək, Ərafatda dayanmaq, Minada daş atmaq həcc ayinlərindən sayılır.
Allahın təkliyini təsdiqləmək, böyük bağışlanma əldə etmək, müsəlmanların bir-biriləri ilə tanışlığı, dini əhkamların öyrənilməsi və sairə bu kimi mənfəətlərin əldə edilməsi baxımından, həccin insanlar üçün çox böyük əhəmiyyəti vardır. 

Həccin vaxtı

Həcc ayinləri İslam təqviminin on ikinci ayı Zulhiccənin səkkizindən on üçünə qədər davam edir.

Həcc etmək kimə vacibdir?

Həccin vacib olması üçün müsəlman mükəlləf (aqil və həddi-buluğa çatmış) və bacarıq sahibi olmalıdır.

Bacarığın mənası:

Bacarıq dedikdə doğru və qanuni yolla Məkkəyə getmək, həcc ayinlərini hədsiz əzab-əziyyətsiz icra etmək imkanının olması nəzərdə tutulur. Can və mal əmin-amanlığı da buraya daxildir. O cümlədən həcc məsrəfləri ailəsinin və himayəsində olanların zəruri ehtiyaclarının ödənməsinə xələl gətirməməlidir.

Müsəlmanın həcc etmək bacarığının olması halları

  1. Həcc etmək üçün özünün taqəti olmalıdır. Yəni, hədsiz məşəqqət olmadan, öz taqəti ilə Kəbəyə getmək bacarığı olmalı və bunun üçün kifayət qədər maddiyata sahib olmalıdır. Bir sözlə, özü təkbaşına həcc etmək bacarığında olmalıdır.
  2. Özü həcc edə bilmirsə, bunu başqasına tapşırmalıdır. Xəstəliyi və ya qocalığı səbəbi ilə həcc edə bilməyən adamın başqasını öz əvəzinə həccə göndərməyə maddi imkanı varsa, o, həmin adamın xərclərini qarşılayıb onu öz əvəzinə həcc etsin deyə həccə yollamalıdır.
  3. Nə özü həcc edə bilməyən, nə də başqasını göndərməyə imkanı olmayan adama imkanı olmadığı müddətdə həcc vacib deyildir. Məsələn, özünün və ailəsinin zəruri ehtiyaclarını ödədikdən sonra artıq pulu qalmayan adam. Onun “boğazından kəsərək” pul yığıb həcc etməsi vacib deyil. İmkanı olduqda vacib olacaq.

Qadının həcc etməsi üçün məhrəmin olması şərtdir

Qadına həccin vacib olması üçün onun məhrəminin olması şərtdir. Məhrəmi yoxdursa, həccə getməsi vacib deyil. Qadının məhrəmi bunlardır: Əri, atası, babası, oğlu, oğlunun oğlu, qardaşı, qardaşı oğlu, əmisi və dayısı (bax səh. 248).

Yalnız özünü əmin-amanlıqda hiss edən qadın məhrəmsiz həcc edərsə, həcci məqbuldur.

Həccin fəziləti

Həccin saysız fəzilətlərindən bəzilərini sadalayaq:

  1. Həcc ən üstün əməllərdəndir. Peyğəmbər “hansı əməl daha üstündür?” – deyə soruşulduqda dedi: “Allaha və peyğəmbərinə iman gətirmək”. Orada olanlar soruşdular: “Bəs sonra hansı?” O dedi: “Allah yolunda cihad etmək”. Bir daha soruşdular: “Bəs sonra hansı?”. O dedi: “Məqbul həcc etmək”.
  2. Bağışlanmaq üçün münasib vaxtdır. Peyğəmbər buyu-rub: “Kim qadına yaxınlıq etmə-dən, fasiqliyə yol vermədən həcc edərsə, anadan olduğu kimi pak qayıdar” (Buxari: 1449; Muslim: 1350). Yəni günahları bağışlandığı üçün yeni doğulmuş uşaq kimi olar.
  3. Cəhənnəmdən qurtulmaq üçün böyük fürsətdir. Peyğəmbər demişdir: “Allah heç bir gündə, Ərafa günü cəhənnəmdən xilas etdiyi qədər insanı atəşdən xilas etməmişdir” (Muslim: 1348).
  4. Həccin mükafatı cənnətdir. Peyğəmbər demişdir: “Məqbul həccin cənnətdən başqa mükafatı yoxdur” (Buxari: 1683; Muslim: 1349)

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide