You are here

Yaradılışın ən böyük neməti

quran and islamic books

Uca Allah insana saysız-hesabsız nemətlər bəxş etmişdir. Hər birimiz Allahın bəxş etdiyi nemətdən və lütfdən istifadə etməkdəyik. Şübhəsiz ki, bizə eşitməyi və görməyi bəxş edən Nöqsansız Allahdır, halbuki bir çoxları bunlardan məhrumdur. O, bizə ağıl, sağlamlıq, mal-dövlət, əhli-əyal lütf etmiş, hətta bütün kainatı – günəşi, səması, yeri və məxluqatı ilə birlikdə bizim istifadəmizə vermişdir. Uca Allah buyurur: Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz (ən-Nəhl: 18).

Amma qısa həyatımızın bitməsi ilə bütün bu nemətlər də bitir. Dünyada xoşbəxtlik və rahatlıq gətirib, təsiri və səmərəsi Axirətə qədər davam edən yeganə nemət isə İslama hidayət olunmaq nemətidir. O, Allahın bəndələrinə bəxş etdiyi ən böyük nemətdir.

Uca Allah bu neməti digərlərindən üstün saydığı üçün onu birbaşa Özünə aid etmiş və demişdir: Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. (əl-Maidə: 3).

İnsan yaradılış qayəsi və vəzifəsi olan Allaha ibadətini həyata keçirsin deyə, Uca Allahın onu zülmətdən nura çıxardaraq bəyənib seçdiyi dinə yönəltməsi necə də böyük nemətdir! Çünki bununla o, həm dünya, həm də Axirət səadətini əldə etmiş olur. 

Uca Allahın bütün peyğəmbərlərinə təbliğini əmr etdiyi “Lə iləhə illəllah” kəlməsinin daşıyıcısı olmaq üçün bizi ən xeyirli ümmət olaraq ayırıb seçməsi, həqiqətən də Allah tərəfindən bizə bəxş olunan ən böyük və əvəzsiz bir nemətdir.

Bəzi nadanlar islamı qəbul etməklə lütf göstərdiklərini hesab edərək, bununla Peyğəmbərə minnət qoyurdular. Uca Allah onlara xəbərdarlıq etdi ki, əslində lütf və minnət Allaha məxsusdur. Çünki onları bu dinə yönəldən Odur. Şanı uca olan Allah buyurur: Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, bilin ki, sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur! (əl-Hucurat: 17).

Uca Allahın nemətləri çoxdur, amma bəxş etdiyi təkcə bir nemətə görə bizə minnət qoymuşdur, üzərimizə öhdəlik vermişdir.. O da İslam, Allaha ibadət və Onun tövhidinə yönəlmək nemətidir.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide