Zəkat

Allah zəkatı vacib buyurmuş və onu İslamın üçüncü əsası etmişdir. Zəkatdan imtina edənlərə şiddətli cəza hazırladığını söyləmişdir. Müsəlman qardaşlığının tövbə edib, namaz qılıb, zəkat verməklə gerçəkləşdiyini də xüsusi qeyd etmişdir. Uca Allah buyurur: Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. (ət-Tovbə: 11). Həmçinin, Peyğəmbər söyləmişdir: “İslam beş əsas üzərində qurulmuşdur: ...namaz qılmaq və zəkat vermək...” (Buxari: 8; Muslim: 16)