You are here

Mədinə şəhərinin ziyarəti

×

Error message

Deprecated function: Function create_function() is deprecated in views_php_handler_field->pre_render() (line 202 of /var/www/drupal7-websites/sites/all/modules/contrib/views_php/plugins/views/views_php_handler_field.inc).

Mədinə şəhərində hansı əməlləri etmək yaxşıdır?

Müsəlmanın Mədinə şəhərinə gəlməkdə əsas məqsədi Peyğəmbərin məscidini ziyarət etmək və orada namaz qılmaq olmalıdır. Şəhərə gəldikdən sonra aşağıdakı əməlləri də edə bilər:

  1. Şərəfli “Rovza”da namaz qılmaq. “Rovza” Peyğəmbərin evi ilə məsciddəki minbəri arasında olan yerdir. Bu gün bu yer məscidin ön hissəsində yerləşir. Bu yerdə namaz qılmağın çox böyük savabı vardır. Peyğəmbər demişdir: “Evimlə minbərim arasında cənnət bağçalarından biri vardır” (Buxari: 1137; Muslim: 1390)
  1. Peyğəmbərə salam vermək. Peyğəmbərin qəbrinə yaxınlaşıb üzü qəbirə, arxası isə qibləyə tərəf dayanaraq ədəb-ərkan və sakit səslə bu sözləri deyir: “Əssələmu aleykə yə Rəsuləllah va rahmətullahi va barakətuhu. Əşhədu ənnəkə qad bəllağtə-r-risələ va əddəytə-l-əmənə va nasahtə-l-ummə va cəhədtə filləhi haqqə cihədihi. Fəcəzəkallahu an ummətikə əfdalə mə cəzə nəbiyyən an ummətihi” (Ey Allahın elçisi, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun. Mən şahidlik edirəm ki, sən şəriəti tam təbliğ etmisən, əmanəti çatdırmısan, ümmətə öz tövsiyəni demisən və Allah yolunda haqq cihad aparmısan. Allah da sənə ümməti adından peyğəmbərə verilən ən gözəl mükafatı, ümmətin adından sənə bəxş etmişdir.)
    Peyğəmbər hədislərin birində belə demişdir: “Kim mənə salam verərsə, mən onun salamını alım deyə, Allah ruhumu mənə qaytarar” (Əbu Davud: 2041).

Sonra sağ tərəfə addım atıb Peyğəmbərin xəlifəsi və ən hörmətli əshabəsi olan Əbu Bəkr əs-Siddiqə , sonra da sağ tərəfə daha bir addım atıb Peyğəmbərin ikinci xəlifəsi və Əbu Bəkrdən sonra ən hörmətli əshabəsi olan Ömər ibn Xəttaba salam verir.

Peyğəmbər bəşər övladının ən hörmətlisi olmasına baxmayaraq, o, heç kəsə fayda və ya zərər verə bilməz. Ona görə ondan dua edib istəmək və yalvarmaq olmaz. Çünki həm dua, həm də bütün növ ibadətlər şəriksiz Allaha məxsusdur. 

  1. “Quba” məscidini ziyarət etmək. Bu məscid İslam gəldikdən sonra inşa edilən ilk məsciddir. Peyğəmbərin məscidindən də öncə tikilmişdir. Mədinə şəhərinə gələnlərin Quba məscidini ziyarət etməsi müstəhəbdir. Peyğəmbər bu məscidi ziyarət  edər və belə deyərdi: “Kim evində dəstəmaz alar və Quba məscidinə gələrək orada namaz qılarsa, ümrə savabı əldə edər” (İbn Macə: 1412).

  1. Bəqi qəbiristanlığını ziyarət etmək. Hörmətli səhabələrin əksəriyyəti burada dəfn edilmişdir. Peyğəmbər oranı ziyarət edər və orada dəfn edilənlər üçün dua edərdi. Mədinəyə gələn müsəlmanın oranı ziyarət etməsi, dəfn olunanlara salam verməsi və Peyğəmbərin öyrətdiyi dualarla onlar üçün dua etməsi icazəlidir. Aişə Peyğəmbərdən oranı ziyarət edərkən nə etməli olduğu haqqında soruşduqda ona bu cür dua etməyi tövsiyyə etmişdir: “Əssalamu alə əhli-d-diyar minəl mumininə vəl muslimin və yərhəmullahul mustəqdiminə minnə vəl mustəxirinə və innə inşəallahu bikum lələhiqun” (Möminlərdən və müsəlmanlardan ibarət yurd sakinlərinə salam olsun. Ötənlərimizə və gələcəklərimizə Allah rəhmət etsin. Allahın istəyi ilə biz də sizə qovuşacağıq.) (Muslim: 974)

Müsəlman qəbiristanlığı ziyarət edərkən həddini aşmamalı, qəbirlərə əl sürtüb təbərrük etməklə bidətə yol verməməlidir. Əgər bu işdə xeyir olsaydı, səhabələr və tabiinlər belə edərdilər. Ölülər heç kəsə nə fayda, nə də ziyan toxundura bilməzlər. Onlara dua etmək və kömək istəmək olmaz. Bütün növ dualar yerin və göyün sahibi olan Allaha yönəldilməlidir. Uca Allah buyurur: Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (əl-Bəqərə: 186)

  1. Uhud şəhidlərinin məqbərəsini ziyarət etmək. Bu yer,Uhud döyüşündə şəhid olan səhabələrin dəfn olunduqları yerdir. Onlar Uhud dağının önündə dəfn ediliblər. Orada Həmzə bin Əbdülmüttalib və Musab bin Umeyr kimi səhabələrin qəbirləri vardır. Peyğəmbər  onları ziyarət edər və onlar üçün dua edərdi.

Beləliklə, Mədinə şəhərinə gələn insanın bu yeri ziyarət edib orada dəfn olunanlar üçün dua etməsi icazəlidir. Ancaq ibadət məqsədi ilə Uhuda, ya da oxatanlar dağına çıxmaq icazəli deyildir. Uhud döyüşünün necə cərayan etdiyini təsəvvür etmək, baş verənləri xatırlamaq və orada nələr yaşandığıni insanlara anlatmaq təbii ki, yaxşıdır.

Yetmiş səhabənin dəfn olunduğu Şəhidlər Məqbərəsi. Arxada görsənən isə Uhud dağıdır.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide