You are here

Mədinə şəhərinin ziyarəti

×

Error message

Deprecated function: Function create_function() is deprecated in views_php_handler_field->pre_render() (line 202 of /var/www/drupal7-websites/sites/all/modules/contrib/views_php/plugins/views/views_php_handler_field.inc).

Mədinə şəhəri Peyğəmbərin ora hicrət etməsindən sonra daha şərəflənərək Məkkədən savayı hər yerdən üstün oldu. Mədinə şəhərini təkcə həcc mövsümündə deyil, hər vaxt ziyarət etmək olar. Peyğəmbər demişdir: “Üç məsciddən başqa heç bir yerə daimi xüsusi ziyarət məqsədi ilə getmək olmaz: “(Məkkədəki) Məscidul Haram, mənim bu məscidim (Nəbəvi Şərif) və (Fələstindəki) əl-Əqsa məscidi” (Buxari: 1139; Muslim: 1397; Əbu Davud: 2033).

Mədinənin fəziləti

Mədinə şəhərinin bir çox üstünlükləri vardır:

  1. Peyğəmbərin məscidinin orada yerləşməsi.

Peyğəmbərin  Mədinə şəhərində gördüyü ilk iş elm, dəvət və xeyirxahlıq mənbəyi olan “Nəbəvi Şərif” (Peyğəmbərin mübarək) məscidinin inşası olmuşdur. Peyğəmbər  demişdir: “Mənim bu məscidimdə qılınan namaz “Məscidul Haram”dan başqa digər yerlərdə qılınan namazdan min dəfə xeyirlidir” (Buxari: 1133; Muslim: 1394).

  1. Haram və əmin-amanlıq yurdudur.

Peyğəmbər Allahın əmri ilə bu yeri haram elan etmişdir. Yəni orada qan tökmək, silah gəzdirmək, insanları qorxutmaq, ağac kəsmək və qadağaya daxil olan bir çox əməlləri etmək haramdır. Peyğəmbər demişdir: “Otu dərilməz, ovu vurulmaz, itmiş əşyaları yalnız elan etmək üçün götürülər, dəvələri qidalandırmaq istisna olmaq şərti ilə ağacı kəsilməz və döyüş məqsədi ilə silah gəzdirilməz” (Buxari: 1736; Əbu Davud: 2035; Əhməd: 959).

  1. Ruzisi bol və yaşayışı xoşdur.

Peyğəmbər demişdir: “Allahım bizim meyvələrimizə bərəkət ver, şəhərimizi bərəkətli et, ölçdüyümüz və çəkdiyimiz ruzini bol et. Allahım İbrahim Sənin Xəlilin və peyğəmbərindir. Mən də Sənin qulun və peyğəmbərinəm. O Məkkə üçün Sənə dua etmişdi, mən də Mədinə üçün Sənə dua edib onun Məkkə üçün istədiyini və onun mislini istəyirəm” (Muslim: 1373).

  1. Uca Allah oranı taun xəstəliyindən və Dəccaldan qoruyur.

Peyğəmbər demişdir: “Mədinənin şəhər girişlərində mələklər növbə çəkirlər. Oraya nə taun xəstəliyi, nə də Dəccal daxil olmaz” (Buxari: 1781; Muslim: 1379).

  1. Oranın sakini olmağın, orada yaşamağın vəfat etməyin üstünlüyü.

Peyğəmbər Mədinənin çətin və məşəqqətli yaşayışına səbr edənləri qiyamət günü öz şəfaəti ilə müjdələmişdir. Səd bin Əbu Vaqqas Peyğəmbərin belə dediyini rəvayət edir: “Mədinə onlar üçün daha xeyirlidir. Kaş ki, bunu biləydilər. Kim ondan imtina edib oradan ayrılarsa, Allah onun əvəzinə oraya daha xeyirli insanı gətirər. Onun çətinliklərinə və əziyyətlərinə səbr edənə qiyamət günü mütləq şəfaətçi və şahid olacağam” (Muslim: 1363).

Peyğəmbər demişdir: “Kim Mədinədə dünyasını dəyişə bilərsə, qoy bunu etsin. Həqiqətən mən orada dünyasını dəyişənlər üçün şəfaətçi olacağam” (Tirmizi: 3917; İbn Macə: 3112).

  1. Mədinə şəhəri iman yurdudur. O, pislikləri özündən uzaqlaşdırır.

Hər yerdə iman sıxıntısı olduqda, orada iman qalacaqdır. Orada pisliklər və şər daimi qərar tutub davam etməz. Peyğəmbər  buyurmuşdur: “İlan öz yuvasına qayıtdığı kimi, iman da Mədinəyə qayıdacaqdır” (Buxari: 1777; Muslim: 147). 
Başqa bir hədisdə Peyğəmbər  deyib: “Canım əlində olana and olsun ki, kim ondan imtina edib oradan ayrılarsa, Allah onun əvəzinə oraya daha xeyirli insanı gətirər. Həqiqətən Mədinə körük kimidir, pisliyi özündən uzaqlaşdırır. Körük dəmirin pasını təmizlədiyi kimi, Mədinə də şər insanları özündən çıxartmayınca qiyamət qopan deyil” (Muslim: 1382).

  1. Günah və çirkin əməlləri özündən uzaqlaşdırır: 

Zeyd bin Sabit  Peyğəmbərin  belə dediyini rəvayət edir: “Həqiqətən Mədinə gözəldir. Od gümüşün çirkini təmizlədiyi kimi, o da günahları özündən rədd edir” (Buxari: 3824). 

Peyğəmbər  Mədinə şəhərində vəfat etmiş və Aişənin (Allah ondan razı olsun) evində dəfn olunmuşdur.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide