You are here

Həccin məqsəd və qayəsi

×

Error message

Deprecated function: Function create_function() is deprecated in views_php_handler_field->pre_render() (line 202 of /var/www/drupal7-websites/sites/all/modules/contrib/views_php/plugins/views/views_php_handler_field.inc).

Həccin fərd və toplum üçün böyük məqsədləri və qayələri vardır. Elə buna görə uca Allah həcc zamanı həcinin Allaha yaxınlaşmaq üçün qurban kəsməyinin vacibliyini qeyd etdikdən sonra belə buyurmuşdur: Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. (əl-Həcc: 37). Peyğəmbərimiz   isə demişdir: “Evi təvaf etmək, Səfa və Mərva (dağları) arasında səy etmək, Cəmaratda daş atmaq Allahı zikr etmək üçün buyurulmuşdur” (Əbu Davud: 1888).

Bu qayə və məqsədlərdən aşağadakıları sadalamaq olar:

  1. Allah qarşısında zəlilliyin və mütiliyin nümayişi.

Həcc edən insan zinət və bər-bəzəkdən imtina edib, Rəbbi qarşısında öz möhtaclığını bildirərək ehram paltarını geyinir, Rəbbindən yayındıran dünya işlərindən uzaqlaşır. Beləliklə, Allah qarşısında bağışlanmaq və mərhəmət əldə etmək üçün yaxşı fürsət qazanır. Ərafada dayananda isə əllərini açıb Rəbbinə yalvarır, həmd-səna oxuyur, Rəbbinin verdiyi nemətlərə şükür edir, etdiyi günahlarına və səhvlərinə görə bağışlanma diləyir.

Həcc iman səyahətidir. Bu səyahətdə bəndə Allaha möhtac olduğunu bir daha dərk edir, təqva və əsl qulluq mənalarını aşkar edir. Həccin əhkamlarını öyrənməklə Allahın bizdən tələb etmədiyi bir çox çətinliklərdən azad olmuş oluruq. .

  1. Nemətə şükür etmək.

Həcc ibadətini yerinə yetirərkən əsasən iki nemətə – maddi imkan və sağlam bədənə görə insan Allaha şükür edir. Hər ikisi dünyada insanın faydalandığı ən böyük nemətdir. Həcc zamanı insan bu iki nemətə görə xüsusi şükür edir. Çünki insan bu ibadəti məhz sağlamlığı və mal-dövləti ilə yerinə yetirir. Sağlam ağıl və haqq şəriət qanunları nemətə görə şükür etməyi vacib edir.

  1. Müsəlmanların toplaşması.

Həcc vaxtı dünyanın hər yerindən müsəlmanlar bir yerə toplaşır, bir-birilərini tanıyır, ünsiyyət qurur, bir-birinə qaynayıb qarışırlar. Kasıblığı, varlılığı, irqi, rəngi və ya dilinə görə insanlar arasında təbəqəçilik olmur. Müsəlmanlar ən böyük bəşəri “konfrans”da vahid kəlmələr ətrafında birləşirlər. Onların şüarı yaxşılığı, imanı, haqqı və səbri tövsiyə etmək olur. Bu ibadətin ən böyük hədəfi dünya bağlantılarını səmavi bağlarla birləşdirməkdir.

  1. Axirət gününün xatırlanması.

Həcc ibadəti müsəlmana Allahla qarşılaşacağı günü xatırladır. Çünki həccə gedən insan bütün paltarlarını çıxarıb ehram libasına bürünərək “Ləbbeyk” kəlməsi ilə Allahın çağırışını qəbul etməsini dilinə gətirir, sonra Ərafat çöllüyünə yola düşür, orada insanların həm çoxluğunu, həm də kəfəni xatırladan libasa büründüklərini görür. Bu mənzərənin şahidi olan müsəlman ölümündən sonrakı həyatını xatırlayaraq o günü üçün hazırlaşır, Allahın hüzuruna çatmamışdan öncə azuqəsini də özü ilə götürür.

  1. Sözdə və əməldə uca Allahın təkliyini və tövhidini nümayiş etdirmək.

Həcilərin şüarı “təlbiyə” sözləridir: “Ləbbeykə Allahummə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə və-n-nimətə ləkə val mulk, lə şərikə lək”. Əshabələrdən biri Peyğəmbərin  necə “təlbiyə” etdiyini vəsf edib deyir: “O, tövhid şüarını səsləndirirdi” (Muslim: 1218). Həcilər həcc ayinlərini yerinə yetirərkən həm sözdə, həm də əməllərində Allahın təkliyini nümayiş etdirməlidirlər.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide