You are here

İslam hökmlərinin öyrənilməsi

Müsəlman öz həyatının hər sahəsinə aid şəriət hökmlərini öyrənməyə çalışmalıdır. O, ibadətləri, davranışları və ünsiyyətləri haqqında biliyə sahib olmalıdır ki, ibadətini bəsirətli və elmli surətdə yerinə yetirə bilsin. Peyğəmbər  demişdir: “Allah kimin üçün xeyir istəyərsə, onu dində anlayış sahibi edər.” (Buxari: 71; Muslim: 1037).

Müsəlman özünə vacib olan hökmləri öyrənməlidir. Namazın necə qılınmasını, təmizliyi, halal və ya haram edilmiş qidaları və sair bu kimi vacib məsələləri bilməyə borcludur. Öyrənilməsinə təşviq edilmiş məsələləri bilməsi isə vacib olmasa da, bəyənilən haldır.

Şəriət hökmləri

İnsanın bütün əməlləri, sözləri və davranışları şəriətdə bu bir neçə haldan kənara çıxmır:

Vacib

Bu, Allahın əmr etdiyi işdir. Onu yerinə yetirənə savab, tərk edənə isə cəza vəd olunmuşdur. Gündəlik beş vaxt namaz və ya Ramazan orucu kimi vacibliyi daha ciddi şəkildə əmr olunan əməllərə “fərz” deyilir.

Haram

Allahın qadağan etdiyi işdir. Onu tərk edənə savab, icraçısına isə cəza vəd olunur. Zina etmək və ya şərxoşedici içki içmək bu qəbildən olan əməllərdir.

Sünnə və ya müstəhəb (bəyənilən)

Bu növə İslamın bəyənərək təşviq etdiyi əməllər daxildir. Onları edənə savab yazılır, tərk edənə isə cəza verilmir. Məsələn, insanlara təbəssüm etmək, (əssalamu aleykum) deyib salam vermək və ya yoldan hansısa maneəni kənarlaşdırmaq kimi əməlləri qeyd etmək olar.

Məkruh (bəyənilməyən)

Bu növə İslamın tərk etməyə təşviq etdiyi əməllər daxildir. Onu tərk edənə savab yazılır, icra edən isə cəzalanmır. Namaz vaxtı əl barmaqları ilə oynamaq buna misaldır.

Mübah

Tərk və ya icra edilməsi barədə əmr və ya qadağa olmayan əməllər bu növə aiddir. Misal olaraq yeməyi, içməyi və danışmağı qeyd etmək olar.

İslamın beş əsası

Peyğəmbər  demişdir: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat çıxartmaq, Kəbə evini həcc etmək və Ramazan ayını oruc tutmaq.” (Buxari: 8; Muslim: 16).

Bu beş əsas dinin əzəmətli əsasları və təməlləridir. Qarşıdakı fəsillərdə bunları açıqlayacaq və hökmlərini izah edəcəyik.

Onların birincisi, iman və tövhiddir. “Müsəlmanın imanı” adlı növbəti fəsildə bu haqda danışılacaqdır.

Sonra isə ibadətlərin ən böyüyü və ən şərəflisi namaz haqqında danışılacaq. Peyğəmbər  demişdir: “Dinin dirəyi namazdır.” (Tirmizi: 2749). İslamı ayaqda saxlayan, üzərində bütün din qurulan və onsuz İslam sayılmayan əməl namazdır.

Lakin namazın düzgün olması üçün müsəlman onu pak halda əda etməlidir. Ona görə “Müsəlmanın imanı” adlı fəsildən sonra “Müsəlmanın təmizliyi”, daha sonra “Müsəlmanın namazı” və s. bu kimi fəsillər qeyd olunacaq.

İslamın əsasları:

  1. Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət vermək.
  2. Namaz qılmaq.
  3.  Zəkat çıxartmaq.
  4.  Ramazan ayını oruc tutmaq.
  5. Kəbə evini həcc etmək.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide