You are here

İslam şəriətində bəndə ilə Rəbbi arasında vasitəçi yoxdur

Bir çox dinlər bəzi fərdlərə dini məziyyət verərək, onları başqalarından fərqləndirmiş, insanların ibadət və imanlarını həmin fərdlərin məmnunluğu və razılığından asılı etmişdir. Həmin dinlərə görə, bu kimi fərdlər insanlarla Allah arasında vasitəçilər sayılırlar. Batil iddialarına görə, guya onlar bağışlanma bəxş edir, bəzən qeybdən də xəbər verirlər. Onlara müxalif olanları isə açıq-aşkar ziyana uğramış hesab edirlər. 

İslam şəriəti isə insana hörmət etmiş, məqamını yüksəltmişdir. Çünki islam dini bəşəriyyətin xoşbəxtliyini, yaxud tövbəyə müvəffəq olmasını və ya ibadətlərinin qəbul olunmasını müəyyən fərdlərdən asılı etməmiş, fərdin hansı məqam sahibi olmasına baxmayaraq, bunu əsassız hesab etmişdir.

Müsəlmanın ibadətləri özü ilə Rəbbi arasında baş verir. Heç bir insanın bu işdə nə hörməti, nə də vasitəsi gərək deyildir. Uca və nöqsansız Allah bəndələrinə yaxındır. Onların dualarını eşidir və qəbul edir. Bəndəsinin ibadətini, namazını görür və buna görə ona mükafat verir. Heç bir bəşər övladı bağışlanma bəxş etmək və ya tövbə qəbul etmək hüququna malik deyil. Bəndə nə zaman tövbə edər və tövbəsində səmimi olarsa, Allah da onun tövbəsini qəbul edər və onu bağışlayar. Heç kəsin fövqəladə qüvvəsi, yaxud kainatda idarəçiliyi yoxdur. Əksinə, bütün bunlar Allahın əlindədir.

İslam şəriəti müsəlmanın ağlına sərbəstlik verərək onu düşünməyə və dərk etməyə sövq etmiş, ixtilaf zamanı Quranı və Peyğəmbərin  mötəbər hədislərini, o cümlədən qərarlarını hakim tutmağa təşviq etmişdir. Heç kəsin sözü birmənalı olaraq itaət edilməsi vacib olan qərar sayılmır. Bu xüsusda yalnız Peyğəmbər  istisnadır. Çünki o, kefi istəyəni danışmır, yalnız uca Allahın göstərişi və vəhyi ilə danışır. Uca Allah buyurur: O, kefi istəyəni danışmır. Bu ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. (ən-Nəcm: 3-4).

Fitrətə uyğun gələn, insana dəyər verən, onu özünün hakimi edən, uca Allahdan qeyrisinə qul olmaqdan və boyun əyməkdən azad edən bu din həqiqətən də Allahın ən böyük nemətidir.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide