You are here

İslamın maliyyə davranışlarında təşviq etdiyi əxlaq normaları

İslam şəriəti maliyyə əməliyyatlarının hökmünü açıqladığı kimi, bu işdə bir çox əxlaq və ədəb normalarına da əməl etməyi əmr etmişdir. Onlardan aşağıdakıları qeyd etmək olar:

Doğruluq

Ticarət əlaqələrində istər müsəlmana, istərsə də kafirə qarşı doğru davranmaq Allahın şəriətinə riayət edən müsəlmanın ən önəmli əxlaq normasıdır. Növbəti sübutlar bu əxlaqı tələb edir:

  • Uca Allah buyurur: Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir… (ən-Nisa: 58).
  • Peyğəmbər doğruluğa xilaf çıxmağı və xəyanət etməyi ikiüzlülüyün əlaməti olaraq dəyərləndirmiş və demişdir: “Münafiqin əlaməti üçdür: danışanda yalan söyləyər, vəd verəndə xilaf çıxar, əmanətə xəyanət edər” (Buxari: 33; Muslim: 59).
  • Doğruluq möminlərin ən önəmli keyfiyyətlərindəndir. Uca Allah buyurur: Həqiqətən, möminlər nicat tapmışlar! ... O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər) (əl-Muminun: 1, 8). Buna görə Peyğəmbər əmanətə xəyanət edənin imanını inkar etmiş və demişdir: “Əmanətə vəfalı olmayanın imanı da yoxdur” (Əhməd: 12567). 
  • Peyğəmbər hələ peyğəmbər olmamışdan öncə Məkkədə yaşayarkən “Əs-sadiq-ul-əmin” (ərəb. Doğru və Əmin) ləqəbi ilə çağırılırdı. Çünki o, öz davranışlarında və əlaqələrində doğruluq nümunəsi idi.

Düzgünlük

Düzgünlük və səmimilik islamın təkidlə tələb etdiyi özəlliklərdir.

  • Peyğəmbər satıcı və müştəri haqqında demişdir: “Əgər onlar düzgün və şəffaf davranarlarsa, alqı-satqıları bərəkətli olar. Əgər gizlətsələr və yalan danışsalar alqı-satqılarının bərəkəti çəkilər” (Buxari: 1973; Muslim: 1532).
  • Başqa rəvayətdə Peyğəmbər belə buyurmuşdur: “Düzgün olun. Həqiqətən düzgün olmaq insanı yaxşılığa, yaxşılıq isə cənnətə aparır. İnsan düzgün davranıb doğruluğa can atarsa, Allah dərgahında “Siddiq” (doğru danışan) kimi yazılar” (Muslim: 2607).
  • Öz malını tərifləmək üçün yalandan and içən insan islam şəriətinə görə böyük günah qazanır. Peyğəmbər demişdir: “Qiyamət günü Allah üç nəfərlə nə danışacaq, nə onlara tərəf baxacaq, nə də ki, onları təmizə çıxaracaq, onlar üçün şiddətli əzab hazırlanmışdır. Onlardan biri öz malını satmaq üçün yalandan and içəndir” (Muslim: 106).

Dəqiqlik və işi gözəl şəkildə yerinə yetirmək

İstehsal sahəsində və ya adi işdə işləyən müsəlman işini dəqiq, gözəl və ən yüksək səviyyədə görməlidir.

Uca Allah hər şeyə bir gözəllik vacib etmişdir. Həyatın bütün sahələrində gözəl davranış əmr edilmişdir. İlk baxışdan mərhəmətli və gözəl görsənməyən işlərdə də bu amilə diqqət etmək lazımdır. Məsələn, heyvan ovlamaq və ya kəsmək kimi. Peyğəmbərimiz  buyurub: “Allah hər bir işi gözəl şəkildə yerinə yetirməyi əmr etmişdir. Öldürdükdə və ya kəsdikdə bunu gözəl tərzdə edin. Bıçağınızı itiləyin ki, kəsdiyiniz heyvana əziyyət verməyəsiniz” (Muslim: 1955).

Peyğəmbər  bir nəfərin dəfnində iştirak edirdi. O, dəfni daha gözəl etmək və qəbri rahatlamaq barədə əshabələrinə öz göstərişlərini verdi və üzünü onlara tərəf çevirib dedi: “Bu edilənlərin ölənə heç bir faydası və ya zərəri yoxdur. Sadəcə olaraq, Allah, işi görənin öz işini daha mükəmməl etməsini sevir” (Beyhəqi “Şuəbul-İman”: 5315; 5312; Əbu Yəla: 4386).

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide