You are here

Peyğəmbərlərə iman

  1. O ən böyük, ən şərəfli və əzm sahibi olan beş peyğəmbərdən biridir. Onlar Muhəmməd, İbrahim, Nuh, Musa və İsadır. Onların hamısına Allahın salavatı və salamı olsun. Uca Allah onların adlarını bu ayədə qeyd etmişdir: Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq (əl-Əhzab: 7).
  2. İsa bəşər övladıdır, adəm oğullarından biridir. Uca Allah ona Öz lütfünü göstərmiş və onu İsrail oğullarına elçi göndərmiş və onun vasitəsi ilə bir çox möcüzələr göstərmişdir. Onun heç bir “Rübubiyyət” və ya “Uluhiyyət” bacarığı yoxdur. Uca Allah buyurur: O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir. (əz-Zuxruf: 59).
    İsa tayfasına Allahı qoyub özünü və anasını ilah etməyi əmr etməmişdir. O, Allahın ona əmr etdiklərini çatdırmış və demişdir: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” (əl-Maidə: 117).
  3. O, Məryəm oğlu İsadır. Anası Məryəm əməlisaleh, sədaqətli, itaətkar, müti, iffətli və ismətli qadındır. Allahın qüdrəti ilə o, İsaya atasız hamilə qalmışdır. Uca Allah Adəmi ata və ana olmadan yaratdığı kimi, İsanı da baqi bir möcüzə ilə yaratmışdır. Uca Allah buyurur: Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu. (Ali İmran: 59).
  4. İsa ilə Muhəmməd arasında heç bir elçi olmamışdır. O, Peyğəmbərimiz Muhəmməd haqqında müjdə vermişdir. Uca Allah buyurur: Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər. (əs-Saff: 6).
  5. Uca Allahın onun əli ilə etdiyi möcüzələrinə iman gətiririk. Cüzam xəstələrinin və korların müalicəsini, ölülərin dirildilməsini, insanlara nə yeyəcəkləri və hansı qidaları tədarük etmələri haqqında əvvəlcədən xəbərdarlıq etməsini misal çəkmək olar. O bütün bunları Allahın izni ilə edirdi. Uca Allah bu möcüzələri onun peyğəmbərliyinin və elçiliyinin təsdiqi etmişdir.
  6. İsanın Allahın qulu və elçisi olduğuna iman gətirməyən heç bir insanın imanı qəbul olunmaz. Həmçinin yəhudilərin onun haqqında söylədikləri pis vəsflərdən uzaq olduğuna da iman gətirmək lazımdır. Belə ki, uca Allah onun bu pis vəsflərdən uzaq olduğunu bildirmişdir. 
    Eyni zamanda biz Məryəm oğlu İsanın kimliyi haqqında səhv etiqada düşmüş xaçpərəstlərin etiqadını da rədd edirik. Çünki onlar İsanı və anası Məryəmi Allah ilə yanaşı özlərinə ilah kimi qəbul edirlər. Bəziləri İsaya Allahın oğlu, bir başqaları isə üçlükdən biridir deyirlər. Halbuki Allah bu dediklərindən pakdır, uzaqdır.
  7. O nə öldürülüb, nə də çarmıxa çəkilib. Yəhudilər onu qətlə yetirmək istədikdə Allah onu Öz dərgahına, səmaya qaldırmışdır. Həmin vaxt Allah onun surətini başqasına vermiş və onlar da onun İsa olduğunu zənn edib çarmıxa çəkərək qətlə yetirmişdilər. Uca Allah buyurur: (Onların lənətə düçar olmalarının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişdilər.  Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Kitab əhlindən (yəhudi və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir. (ən-Nisa: 157-159).
    Allah onu qorumuş və Öz dərgahına –  səmaya qaldırmışdır. O, axır zamanda yer üzünə enəcək və Muhəmməd Peyğəmbərin şəriəti ilə hökm edəcəkdir. Daha sonra yer üzündə dünyasını dəyişəcək,  orada dəfn olunacaq və digər insanlar kimi o da bir gün qəbrindən dirilib qalxacaqdır. Uca  Allah buyurur: Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq. (Taha: 55).

Müsəlman iman gətirir ki, İsa Allahın ən şərəfli elçilərindəndir. Amma onu nə öldürüblər, nə çarmıxa çəkiblər, nə də O ilah deyil.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide