You are here

Ən əzəmətli zikrlər

Üç qısa surədir. Onlar Quranın ən əzəmətli surələrindən hesab olunurlar.

  1. İxlas surəsi:

O, Quranın ən əzəmətli surələrindəndir və Peyğəmbər onun Quranın üçdəbirinə bərabər olduğunu söyləmişdir. (Buxari: 6267; Muslim: 811)

(قُلْ هُوَ اللهُ أَحَدٌ • اللهُ الصَّمَدُ • لَمْ يَلِدْ وَلَمْ يُولَدْ • وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ)

Qul huvəllahu əhəd. Allahu-s-saməd. Ləm yəlid valəm yuləd. Valəm yəku-l-ləhu kufuvən əhəd.

Qul huvəllahu əhəd.

Uca Allah Peyğəmbərinə  belə deməyi əmr edir: Allah təkdir və onun ibadətdə heç bir şəriki yoxdur.

Allahu-s-saməd.

O Allah ki, bütün məxluqat Ona etimad edir, Ona pənah aparır və ehtiyaclarını Ona ərz edirlər.

Ləm yəlid valəm yuləd.

Allah Özünə oğul götürməkdən, yaxud doğulmaqdan bəraətlidir. O ilkdir, Ondan əvvəl heç nə olmayıb.

Valəm yəku-l-ləhu kufuvən əhəd.

Zatında və sifətlərində bənzəri və tayı yoxdur. O, Yaradan, Ondan başqaları isə yaradılandır. 

  1. Fələq surəsi:

(قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ • مِن شَرِّ مَا خَلَقَ • وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ • وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ • وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ)

Qul əuzu birabbil fələq. Min şərri mə xaləq. Va min şərri ğasiqin izə vaqəb. Va min şərri-n-nəffəsəti fil uqəd. Va min şərri həsidin izə həsəd.

Qul əuzu birabbil fələq.

De (ey Peyğəmbər): Sübhün (ərəb. əl-Fələq) Rəbbinə sığınır, pənah aparıram.

Min şərri mə xaləq.

Bütün məxluqatın şərrindən və xətərindən;

Va min şərri ğasiqin izə vaqəb.

Zülmət qaranlığa bürünmüş gecədən, onun şərrindən və xətərindən;

Va min şərri-n-nəffəsəti fil uqəd.

Sehr etmək məqsədi ilə bağladıqları düyünlərə üfürən sehrbazların şərrindən;

Va min şərri həsidin izə həsəd.

 Allahın bəxş etdiyi nemətlərə görə insanlara nifrət edən və bu nemətlərin onların əlindən çıxmasını istəyən həsədli insanın şərrindən Allaha sığınıram.

  1. Nas surəsi:

(قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ • مَلِكِ النَّاسِ • إِلَهِ النَّاسِ • مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ • الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ • مِنَ الْجِنَّةِ وَالنَّاسِ)

Qul əuzu birabbi-n-nəs. Məliki-n-nəs. İləhi-n-nəs. Min şərril vasvasil xannəs. Əlləzi yuvasvisu fi suduri-n-nəs. Minəl cinnəti va-n-nəs.

Qul əuzu birabbi-n-nəs.

De (ey Peyğəmbər): İnsanların Rəbbinə sığınır, pənah aparıram. Vəsvəsələri tək dəf etməyə qadir olana;

Məliki-n-nəs.

İnsanların sahibinə. Onların işlərini idarə edib, onlara möhtac olmayana;

İləhi-n-nəs.

Özündən başqa ibadət olunmaq haqqı olmayan İlaha, insanların İlahına;

Min şərril vasvasil xannəs.

Qəflət anından istifadə edib vəsvəsə edən, Allah zikr olunanda isə yoxa çıxan şeytanın xətərindən;

Əlləzi yuvasvisu fi suduri-n-nəs.

Hansıki insanların ürəyində şəri və şəkk-şübhəni yayır;

Minəl cinnəti va-n-nəs.

Cinlərdən və insanlardan olan şeytanların şərrindən Allaha sığınıram.

Sığınma (qorunma) zikrlərinin oxunma vaxtı

Sığınacaq zikrləri hər səhər-axşam oxunur. Hədisdə deyilir: “Qul huvəllahu əhəd və iki sığınma surələrini (Fələq və Nas) axşam və səhər üç dəfə oxusan bütün şərlərdən qorunmuş olarsan” (Tirmizi: 3575).

Hər fərz namazlarından sonra. Peyğəmbər səhabələrindən birinə məhz belə etməyi öyrətmişdi. (Əbu Davud: 1523).

Yatmadan öncə. Peyğəmbər hər gecə yatmaq üçün yerinə girdikdə ovuclarını açar və onlara üfürüb nəfəsini ovuclarına verə-verə bunları oxuyardı: “Qul  huvəllahu əhəd”, “Qul əuzu birabbil fələq” və “Qul əuzu birabbi-n-nəs” – sonra ovuclarını bədəninin əlçatan yerlərinə sürtərdi. Öncə başına, üzünə, daha sonra bədəninin ön hissəsinə məsh edər və bunu üç dəfə təkrarlayardı. (Buxari: 4729).

İnsanı sehrdən və şərdən qorumaq üçün ən əzəmətli zikrdir. Peyğəmbər cinlərdən və insan gözündən Allaha sığınardı. Sığınma surələri nazil olduqdan sonra əvvəl oxuduqlarını tərk edib yalnız bu surələri oxumağa başladı.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide