You are here

Camaat namazı

Uca Allah beş vaxt namazı camaat ilə qılmağı kişilərə əmr etmişdir. Camaatla qılınan namaz üçün böyük savab vəd olunmaqdadır. Peyğəmbər demişdir: “Camaat ilə qılınan namaz təklikdə qılınan namazdan iyirmi yeddi dərəcə üstündür” (Buxari: 619; Muslim: 650).

İmam və digər bir nəfərin olması camaat namazı sayılması üçün yetərlidir. Camaatın sayı nə qədər çox olarsa bir o qədər də Allaha daha sevimli olarlar.

Səhabələr camaat namazı qılmağa çox diqqət edirdilər. Hətta onlar camaat namazına daim gecikməyi münafiqlikdən bir pay hesab edirdilər 

“İtimam” nə deməkdir?

“İtimam” imamın arxasında namaz qılan (məmum) kimsənin öz namazını imamın namazına tabe etməsi deməkdir. Məmum namazda rükusunu və səcdəsini imamdan sonra edir, imamın qiraətini dinləyir, önu nə ötür, nə də heç bir hərəkətdə ona müxalif olur. Hərəkətlərini imamdan dərhal sonra edir.

Peyğəmbər demişdir: “İmam ona tabe olmaq üçün təyin edilmişdir. İmam təkbir etdikdə siz də təkbir edin. O təkbir edib qurtarmamış siz təkbir etməyin. O rüku etdikdə, siz də rüku edin. O rüku etməmiş siz rüku etməyin. O “Səmiəllahu limən həmidəh” deyəndə, siz də “Rabbənə va ləkəl həmd” deyin. O səcdə etdikdə, siz də səcdə edin. O səcdə etməmiş, siz səcdə etməyin...” (Buxari: 701; Muslim: 414; Əbu Davud: 603).

İmamlığı kim etməlidir?

Allahın kitabını daha çox əzbər  bilən və onu yaxşı qiraət edən insan imam dayanmalıdır. Əgər belə kimsə yoxdursa, onda bu vəsfə yaxın olan seçilməlidir. Peyğəmbər  demişdir: “Allahın kitabını daha yaxşı oxuyan kimsə camaata imamlıq etməlidir. Əgər qiraətdə eyni olsalar, sünnəni daha çox bilən imam olmalıdır...” (Muslim: 673).

İmam və məmumların namazda dayanma şəkli necədir?

İmam öndə, məmumlar isə düz cərgə qurub arxada dayanmalıdırlar. Arxa cərgədə olanlar ön cərgələrdəki boşluqları doldurmalıdırlar. Əgər məmum bir nəfərdirsə, imamın sağ tərəfində dayanmalıdır. 

İmamla qılarkən qılmadığı hissəni necə qılmalıdır?

Namaz başladıqdan sonra imama qoşulan insan onunla sona qədər namazını qılır. İmam salam verdikdən sonra qalxıb namazının naqis hissəsini tamamlamalıdır. .

Hansı halda bir rükətə çatmış sayılır?

Namaz rükətlərin sayına görə hesablanır və beləcə imamla rüku edən insan həmin rükətə çatmış sayılır. Yox əgər imama rükudan sonra qoşulubsa, onun rükudan sonra imamla birgə etdiyi əməlləri qıldığı rükətdən sayılmır. 

İmam ilə namazın əvvəlindən başlamayanın namazını necə tamamlamasına dair misallar:

  • Sübh namazının ikinci rükətində imama qoşulan kimsə imam salam verəndən sonra o salam vermədən qalxıb bir rükəti tamamlamalıdır. Bu rükəti qıldıqdan sonra salam verməlidir. Çünki sübh namazı iki rükətdir, o isə imamla yalnız bir rükət qıla bilib.
  • Kim məğrib namazının sonuncu təşəhhüdündə imamın namazına qoşularsa, imam salam verəndən sonra üç tam rükət qılmalıdır. Çünki o imama sonuncu təşəhhüd zamanı qoşulmuşdur. Çünki imam ilə birlikdə rüku edən üçün bir rükət sayılır, rükudan sonra qoşulan üçün həmin rükət sayılmır.
  • Zöhr namazının üçüncü rükətinin rükusunda imama qoşulan kimsə imam ilə birlikdə iki rükət qılmış sayılır. Bu iki rükət məmum üçün ilk iki rükət sayılır. İmam salam verdikdən sonra o qalxıb qalan rükətləri qılmalıdır. Bu halda o, iki rükət, üçüncü və dördüncü rükətləri qılacaqdır. Çünki zöhr namazı dörd rükətdən ibarətdir.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide