You are here

İslam həyat dinidir

İslam dini dünya həyatı ilə axirət həyatını tənzimləyən dindir. Dünya, müsəlmanın həyatının hər sahəsini əhatə edən xeyirxahlıq, əkib-biçmə tarlasıdır. O həm bu dünyada, həm də axirət həyatında bunun səmərəsini əldə edir. Bu əkin-biçini uğurla həyata keçirmək üçün tam əzmkarlıq və ciddiyyətlə həyata bağlanmaq lazımdır. Bu, özünü aşağadakı hallarda biruzə verməlidir:

Yer üzündə quruculuq etmək:

Uca Allah buyurur: O, sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. (Hud: 61). Uca Allah bizi bu yer üzündə yaratmış və orada yaşamağı, oranı bəşəriyyətə xidmət edən və müqəddəs islam şəriətinə zidd olmayan mədəniyyət və memarlıqla inkişaf etdirməyi əmr etmişdir. O hətta ən çətin və təhlükəli şəraitdə də yer üzündə yaşayıb oranı inkişaf etdirməyi məqsəd və ibadət etmişdir. Peyğəmbər  kəlamlarından birində demişdir: “Müsəlman ağac əkmək istəyərkən Qiyamət qoparsa, fürsəti olarsa ağacını tez əksin ki, onun üçün sədəqə sayılsın.” (əl-Musnəd: 2712).

İnsanlara qaynayıb-qarışmaq:

İslam dini quruculuq, mədəniyyət və cəmiyyətin islahı ilə bağlı işlərdə  insanları bir-biri ilə sıx münasibətdə olmağasəsləyir. Dinimiz insanların dininə və irqinə baxmadan onlarla ən yüksək əxlaq və davranış nümunəsi ilə ünsiyyət qurmağa sövq edir. Bildirir ki, insanlardan uzaq durmaq, tənhalığa çəkilmək qurucu və islahedici təbliğatçıların yolu deyildir. Ona görə də Peyğəmbər  insanlara qaynayıb-qarışan və buna görə onların əzab-əziyyətinə qatlanan insanı insanlardan uzaq duran və tənhalığa çəkilən kimsədən daha xeyirli hesab etmişdir. (İbn Macə: 4032).

Elm dini:

Peyğəmbərə  nazil olan ilk Quran ayəsinin “Oxu!” sözü ilə başlaması heç də təsadüfi deyildir. 

İslam şəriəti bəşəriyyətə xeyir gətirən bütün elmlərin tərəfində durduğunu təkidlə qeyd etmişdir. Hətta müsəlmanın elm və bilik yolu onu Cənnətə aparan yol kimi dəyərləndirilmişdir. Bu anlamda Peyğəmbər  demişdir: “Kim elm öyrənmək üçün bir yol tutarsa, Allah bu yolla onun üçün cənnət yollarından birini asanlaşdırar.” (Muslim: 2699; İbn Hibban: 84).

Başqa dinlərdən fərqli olaraq İslam şəriəti heç vaxt din ilə elmi bir-birinə düşmən hesab etməmişdir. Əksinə, İslam dini bəşəriyyətə xeyir verən hər bir elmin daim dayağı olmuş və onu öyrənib-öyrətmək üçün hər zaman dəvətçi qismində çıxış etmişdir. 

Buna görə də Allah insanlara xeyir öyrədən alimin dərəcəsini uca tutmuş, onun məqamını ən ali dərəcə ilə yüksəltmişdir. Peyğəmbər  bildirir: “Bütün məxluqat insanlara xeyir öyrədən müəllim üçün dua edir”. (Tirmizi: 2685).

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide