Vəsiyyət

Müsəlman vəfat etmədən öncə maddiyyatla bağlı öz vəsiyyətini edə bilər. Peyğəmbər  demişdir: “Bir müsəlmanın vəsiyyət ediləcək mal-mülkü olduğu halda iki gecəsini yanında yazılı vəsiyyəti olmadan keçirməsinə haqqı yoxdur”. İbn Ömər deyir: “Peyğəmbərin  bu sözlərini eşidəndən sonra (yazılı) vəsiyyətim hər gün mənimlə olub” (Buxari: 2738; Muslim: 1627).

Uca Allah kitabında vəsiyyətin icrasını və ölənin borclarının ödənilməsini, miras bölgüsündən öncə yerinə yetirilməsini əmr edərək buyurur: Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. (Nisa: 11).

Bu vəsiyyətin növləri:

  1. Vacib vəsiyyət. Müsəlmanın boynunda borc, hüquqi və ya yazılı sənədləri olmayan maddi bağlılıq varsa, o, mütləq vəsiyyət yazıb həmin haqqları orada əks etdirməlidir. Borcun ödənilməsi vacib olduğu üçün vacibi həyata keçirən amillər də vacib sayılır.
  2. Müstəhəb vəsiyyət. Bu, dünyasını dəyişdikdən sonra malının bir hissəsinin xeyriyyəçiliyə sərf edilməsini istəyən müsəlmanın vəsiyyətidir. Məsələn, malından qohumlarına və ya kasıblara sədəqə etmək və sairə bu kimi tövsiyyələr bu növə aiddir. Bu cür vəsiyyət etmək üçün bir neçə şərt olmalıdır
  • Vəsiyyət varislərdən heç birinə aid olmamalıdır. Uca Allah özü varislərin miras payını bölüşdürmüşdür. Peyğəmbər  demişdir: “Varis üçün vəsiyyət yoxdur” (Əbu Davud: 3565; Tirmizi: 2120; İbn Macə: 2713).
  • Vəsiyyət malın üçdəbir hissəsindən az olmalıdır. Üçdəbir hissəsini də vəsiyyət etmək olar, amma bundan artığını vəsiyyət etmək haramdır. Görkəmli əshabələrdən biri malının üçdəbirindən artığını vəsiyyət etmək istədikdə Peyğəmbər  bunu  qəti qadağan etdi və dedi: “Üçdəbirini vəsiyyət et! Hələ üçdəbiri də çoxdur” (Buxari: 2744; Muslim: 1628).
  • Vəsiyyət sahibi imkanlı olmalıdır ki, geridə qalan hissə varislərə kifayət etsin. Əgər vəsiyyət sahibi kasıbdırsa, yaxud varislərin həmin mal-dövlətə çox ehtiyacı varsa, bu halda xeyriyyə niyyəti ilə vəsiyyət etmək bəyənilmir. Çünki bu, varislər üçün sıxıntı yaradır. Peyğəmbər  vəsiyyət etmək istəyən əshabəsi Sad ibn Əbu Vaqqasa  belə demişdi: “Özündən sonra varislərini ona-buna ağız açan kasıb tərk etməkdənsə, varlı-karlı qoyub getməyin daha xeyirlidir” (Buxari: 2744; Muslim: 1628).

Peyğəmbər  demişdir: “Ən gözəl sədəqə, su içizdirməkdir”.

Miras

İnsan vəfat etdikdən sonra bu dünyada qazandığı mal-dövlətinə olan sahibliyini itirmiş sayılır. İslam şəriəti bizə bu mirası bölüb haqqı çatanlara paylamağı qanun etmişdir. Təbii ki, bu bölgü ölənin borcları ödəndikdən və vəsiyyəti həyata keçirildikdən sonra aparılır.

Varislər arasında söz-söhbət yaranmasın deyə, Qurani-Kərim və Peyğəmbərin  sünnəsi mirasın bölünmə qaydasını bizim üçün tam açıqlamışdır. Mirasın hakimi nöqsansız və pak olan Rəbbimizdir. Heç kəsin bu bölgünü “bizim adət-ənənəmizə uyğun deyil!” – deyib, dəyişməyə haqqı yoxdur. Buna görə uca Allah miras ayəsindən sonra belə demişdir: Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! (ən-Nisa: 13).

Ölənin övlad və yaxınları var-dövlət davasından, mübahisəsindən uzaq olmaq üçün qazilərə (vəkil, hakim və s.) və elm adamlarına müraciət edib mirasın bölünmə qaydasını tam təfsilatı ilə öyrənməlidirlər.

Qohum-qardaş münasibəti ilə müqayisədə miras payı olduqca dəyərsizdir.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide