Meyitin dəfni

Adəmin iki oğlundan bəri əksər insanların adət etdiyi kimi, meyiti torpaqda dəfn etmək lazımdır. Dənf etmək ölən üçün ehtiram əlaməti, diri insanlar üçün isə təmizlik deməkdir.

Dəfn edərkən cəsədin yırtıcı heyvanlardan qorunması, sel zamanı üzə çıxmaması və pis qoxuların qarşısının alınması kimi amillər nəzərə alınaraq münasib dərinlikdə basdırılmalıdır. 

Qəbir ya cənnətdən bir guşə, yaxud cəhənnəmdən bir quyu olur.

Dəfn işində bir neçə amilə diqqət etmək lazımdır:

  1. Meyiti yuyub, kəfənləyib, cənazəsini qıldıqdan sonra dəfnini tezləşdirmək müstəhəbdir.
  2. Qəbri ehtiyac olan qədər geniş və dərin etmək yaxşıdır. Əsas odur ki, xoşagəlməz qoxu çölə çıxmasın, yırtıcı heyvanlar qəbri eşə bilməsin və sel suları cəsədi aşkara çıxarmasın.
  3. Qəbri “ləhd” (oyuq) formasında etmək olar. Həmçinin “şiqq” (yarıq) formasında da etmək olar. Torpağın bərk və ya yumuşaq olmasına görə iki formadan birini qazımaq olar.
  4. Meyiti qəbrə qoyarkən sağ çiyini üstə, üzü qibləyə tərəf qoymaq müstəhəbdir.
  5. Cəsədi qəbrə qoyan adamın bu sözləri deməsi müstəhəbdir: “Bismilləh və alə milləti rasulilləh” (Allahın adı, peyğəmbərin  şəriəti ilə!) (Tirmizi: 1046; İbn Macə: 1550).
  6. Qəbrin hansı şəkildə olmasından asılı olmayaraq cəsəd qoyulan hissəsini örtmək, sonra torpaq tökmək lazımdır. Bunun üçün plitədən, ağacdan, qamışdan, daşdan və sairə istifadə etmək olar.
  7. Basdırma mərasimində iştirak edənlərin torpaq atmağa köməklik etmələri müstəhəbdir. Peyğəmbər  dəfndə iştirak edərkən, qəbrin üstünə üç ovuc torpaq tökərdi. (Darəqutni 1565).
  8. Qəbrin yeri bilinsin və insanlar onu tapdalamasınlar deyə onu yerdən bir qarış hündürlükdə qaldırmaq müstəhəbdir. Qəbri ifrat dərəcədə ucaltmaq, üzərində tikili inşa etmək isə haramdır. Bu haqda şəriətdə qadağa mövcuddur. Çünki bu kimi hallar ölənin təzim edilməsi və Allaha şərik qoşulması üçün şərait yaradır.
  9. Meyiti tabutda dəfn etmək məkruhdur. Bunu yalnız zərurət olduqda etmək icazəlidir.

Dəfndən sonra nə etmək lazımdır?

Dəfndə iştirak edənlərin dəfndən dərhal sonra ölən adam üçün fərdi şəkildə dua edib, sabitlik və bağışlanma diləmələri müstəhəbdir. Peyğəmbər  bir əshabəsinin dəfnindən sonra camaata belə demişdi: “Qardaşınız üçün bağışlanma diləyin, sabitlik istəyin. Həqiqətən hal-hazırda o, sorğu-sual olunur” (Əbu Davud: 3223).

Ölən üçün dua edib bağışlanma və mərhəmət diləmək, sabitqədəm olmasını istəmək lazımdır.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide