Ölümdən sonra

İnsanın ruhu bədənindən çıxıb öldüyü dəqiqləşdikdə, bəzi iləriş görmək lazımdır:

  1. Ölən insana hörmət əlaməti olaraq onun gözlərini ehmalca bağlamaq.
  2. Səbr etmək və özünə hakim olmaq. Ağlayıb  vay-şivən qoparmamaq, ölü sahibinə də səbri tövsiyyə etmək lazımdır. Peyğəmbər övladı vəfat etmiş qızlarından birinə səbirli davranmağı və bu müsibətin əvəzində Allahdan mükafat diləmə-sini əmr etmişdir. (Buxari: 1284; Muslim: 923).
  3. Ölən üçün rəhmət və məğfirət, ailəsi üçün isə səbr və təsəlli duası etmək.
    Hörmətli əshabə Əbu Sələmə vəfat edəndə Peyğəmbər onun yanına daxil oldu. Onun gözləri açıq qalmışdı. Onun gözlərini örtüb dedi: “Ruh bədəndən çıxdıqda göz onun arxasınca baxar”. Bunu eşidən ailə üzvləri uca səslə ağlayıb təəssüf hissi keçirdikdə Peyğəmbər  dedi: “Özünüz üçün yalnız xeyirli dua edin. Həqiqətən, mələklər sizin dediklərinizə “Amin!” deyirlər”. Daha sonra dedi: “Ey Allahım, Əbu Sələməni bağışla, onu ilk hidayət olunanların dərəcəsinə ucalt. Onun qoyub getdiklərinə (övladlarına, ailəsinə) Sən sahib ol və onları salamat et. Ey aləmlərin Rəbbi, bizi və onu bağışla. Onun qəbrini geniş və nurlu et” (Muslim: 920).
  4. Meyitin hazırlıq işlərini təcili görmək, yaxın vaxtda yumaq, cənazə namazını qılmaq və dəfn etmək lazımdır. Peyğəmbər demişdir: “Cənazəni tez aparın. Əgər əməlisalehlərdəndirsə, onu xeyirə tez çatdırmış olarsınız. Yox əgər elə deyilsə, onda şəri özünüzdən tez uzaqlaşdırarsınız” (Buxari: 1315; Muslim: 944).
  5. Ölənin ailəsinə yardım etmək və bəzi çətinlikləri keçmək üçün əl tutmaq lazımdır. Peyğəmbərin əmisi oğlu Cəfər ibn Əbu Talib qətlə yetiriləndə, o, onun ailəsi üçün yemək bişirməyi əmr edib demişdi: “Cəfərin ailəsi üçün yemək bişirin, onları məşğul edən hadisə baş vermişdir” (Əbu Davud: 3132; Tirmizi: 998; İbn Macə: 1610).

İnsan öldükdə onun gözlərini yummaq sünnədir

Meyiti yumaq

Meyiti kəfənləməzdən və dəfn etməzdən öncə yumaq vacibdir. Onu ailəsindən, qohumlarından və ya müsəlmanlardan kimsə yumalıdır. Peyğəmbər özü pak olmasına baxmayaraq, vəfat edəndə onu da yumuşdular. 

Meyiti yumağın qaydası:

Meyiti yuyarkən övrət yerləri örtülməli, bütün bədəninə su dəyməli və nəcisə bulaşmış yerləri yuyulmalıdır. Meyiti yuyarkən aşağıdakı hallara diqqət etmək lazımdır:

Meyitin övrət yerlərini örtülü saxlamaq şərti ilə bədənini su ilə yumaq lazımdır.

Meyitin övrət yerlərini örtülü saxlamaq şərti ilə bədənini su ilə yumaq lazımdır.

  1. Meyitin paltarlarını çıxartmaq və göbəyindən dizinə qədər olan övrət hissəsini örtmək lazımdır. 
  2. Meyitin övrət yerlərini yuyarkən əlinə əlcək geyinməli və ya bir parçadan istifadə olunmalıdır.
  3. Yumadan öncə meyitin qarın boşluğunu nəcasətdən təmizləmək lazımdır.
  4. Sonra dəstəmaz əzaları məlum ardıcıllıqla yuyulmalıdır.
  5. Sonra başı və cəsədinin qalan hissəsi yuyulur. Yaxşı olar ki, sidr və ya sabun ilə yuyulsun, sonra da su ilə yaxalansın.
  6. Birinci sağ tərəfini, sonra isə sol tərəfini yumaq müstəhəbdir. 
  7. Yumanı üç dəfə təkrarlamaq, ehtiyac olduqda isə daha çox etmək müstəhəbdir. Peyğəmbər qızı Zeynəbi (Allah ondan razı olsun) yuyan qadınlara belə demişdi: “Onu üç və ya beş dəfə, lazım bilsəniz daha çox sayda yuyun” (Buxari: 1195).
  8. Ön və arxa övrət yerlərinə, qulaq, burun və ağız boşluqlarına parça, pambıq və ya oxşar bir şey qoymaq lazımdır ki, bədəndən qan və ya nəcasət çıxmasın.
  9. Meyiti yuyarkən və yuduqdan sonra ətirləmək yaxşıdır. Peyğəmbər qızı Zeynəbi (Allah ondan razı olsun) yuyan qadınlara sonda onu “kəfur” ilə ətirləmələrini əmr etmişdi. (Buxari: 1195).
Qurudulmuş sidr yarpaqlarını suda həll etdikdən sonra onunla meyiti yumaq yaxşıdır. Bunu etmək mümkün olmadıqda sabun, yaxud digər təmizləyicilərdən istifadə etmək olar.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide