You are here

Ölüm və həyatın həqiqəti

Uca Allah bizi imtahan etmək və sınağa çəkmək üçün bu dünya həyatında yaratmışdır. Uca Rəbbimiz buyurur: Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. (əl-Mulk: 2). İman edib təqva sahibi olan cənnətə, azğınlığı və zülməti seçən isə cəhənnəmə daxil olacaqdır.

Bu dünyada insanın ömrü nə qədər uzun olsa da müvəqqətidir. Baqi və əbədi həyat isə Axirətdədir. Uca Allah buyurur: Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (əl-Ənkəbut: 64).

Allah dərgahında ən hörmətli məxluq Allahın elçisi Muhamməddir . Uca Allah onun da adi insanlar kimi öləcəyini və hamı kimi onun da Qiyamət günü Allahın hüzuruna gələcəyini bildirmişdir: (Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz. (əz-Zumər: 30-31).

Allahın elçisi  axirət həyatı ilə müqayisədə dünya həyatının dəyərini və nə qədər qısa olduğunu, müsafirin ağac kölgəsində az müddət yatıb dincəlməsi, sonra qalxıb həmin yeri tərk edərək yoluna davam etməsi ilə müqayisə etmişdir. (Tirmizi: 2377; İbn Macə: 4109).

Həmçinin uca Allah Yaqub peyğəmbərin  övladlarına etdiyi tövsiyəsini bizə çatdırmışdır: Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz! (əl-Bəqərə: 132).

Bir halda ki, heç kəs uca Allahın onun qədərinə yazdığı əcəlin nə vaxt, harada və necə olacağını bilmir, aqil insan günlərini və saatlarını xeyir işlərlə doldurmalıdır. Çünki uca Allah belə buyurur: Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər! (əl-Əraf: 34).

Ölən hər bir kəsin ruhu cəsədindən çıxır. Bununla da onun qiyaməti və axirət yolçuluğu başlayır. Bəşər ağılı axirət həyatının necəliyini tam təfsilatı ilə dərk etməkdə acizdir. Çünki bu, qeyb elminə aiddir.

İslam şəriəti dünyaya gələn uşaq üçün müəyyən əhkam və ədəb qaydaları təyin etdiyi kimi, ölən insanın hüquqlarının qorunması, ailəsinin və qohumlarının vəziyyətinin dəyərləndirilməsi üçün də müəyyən ədəb qaydaları təyin etmişdir. Dini kamil edən, bizə olan nemətini tamamlayan və bizi bu əzəmətli dinə müvəffəq edən Allaha həmd-səna olsun.

Dünya həyatı axirətə gedən qısa səfərdir

Ölüm yatağında olan xəstə

Xəstəni ziyarət edən insan onun tezliklə şəfa tapması üçün dua etməli, xəstəliyinin günahlarının və səhvlərinin kəffarəsi olmasını arzu etməlidir. Peyğəmbər  də xəstələri ziyarət edərkən belə deyərdi: “İnşallah, keçib gedər, günahların bağışlanar” (Buxari: 3616).

Xəstə ilə söhbət edərkən xəstəliyə qarşı müqaviməti artsın deyə münasib sözlər  seçib danışmaq lazımdır. Əlverişli məqam tapan kimi onu Allahın dininə dəvət etmək, gözəl və hikmətli sözlərlə axirəti xatırlatmaq lazımdır. Bu işdə Peyğəmbər  bizim üçün böyük bir nümunə qoyub getmişdir. Dəyərli əshabələrdən biri belə rəvayət edir: “Bir yəhudi uşaq Peyğəmbərə  xidmət edirdi. Günlərin birində o, xəstələndi və Peyğəmbər  onu ziyarət etməyə gəldi, yanında oturub dedi: “İslamı qəbul et!” Uşaq yanında oturmuş atasına baxdı və atası ona dedi: “Əbulqasimə itaət et!” Uşaq islamı qəbul etdi. Peyğəmbər  oradan çıxdıqda dedi: “Onu cəhənnəmdən xilas edən Allaha həmd olsun” (Buxari: 1260).

Xəstə insanın ölümünün yaxınlaşdığını bildirən əlamətləri gördükdə ona cənnətin açarı və tövhid ifadəsi olan “Lə iləhə illəllah” kəlməsini hikmətli və ədəbli tərzdə təlqin etmək lazımdır. Peyğəmbər  demişdir: “Ölüm ayağında olan xəstələrinizə “Lə iləhə illəllah“ kəlməsini təlqin edin” (Muslim: 916).

Bu kəlmə insanın sağlığında və ölüm ayağında dediyi ən əzəmətli ifadədir. Son sözü bu kəlam olan insan böyük şərəfə nail olmuş sayılır. Peyğəmbər  demişdir: “Dünyada sonuncu sözü “Lə iləhə illəllah” kəlməsi olan insan cənnətə daxil olar”. (Əbu Davud: 3118).

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide