You are here

İnsanın ən ali məqamı onun Allaha qul olması, onun əmrlərinə boyun əyməsidir. Dünya və axirət xoşbəxtliyi də bundadır. Din hər tərəfdən asan, xeyirli və xoşbəxtlikdir. 

Həyatın hər sahəsini əhatə edən bu qulluq, elm və bəsirətlə olmalıdır ki, əldə olunan savab tam olsun və insan azğınlığa düşməsin. Uca Allah buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” Əməlin saleh olması onun doğru yola uyğun olmasından asılıdır. Doğru yol isə uca Allahın kitabında əmri, Peyğəmbərin öyrətdiyidir. Bütün xeyrlər ona itaətdə, onun yolu ilə getməkdədir.

Müsəlmanın öz dinin əhkamlarını öyrənməsi ən böyük nemət və rəbbani hədiyyədir. Peyğəmbər demişdir: “Allah kimin üçün xeyir istəyərsə, onu dində fəqih edər.”

Biz bu kitabda İslamda mühüm yer tutan düşüncə, etiqad, hökm və əxlaq mövzularından bəhs edən bütün məsələlərə toxunmuşuq. Bunun üçün asan və aydın üslubdan, mərhələli şərhlərdən, mənanı və təsəvvürü yaxınlaşdıran şəkillərdən istifadə etmişik. Məqsədimiz, ixtisasından asılı olmayaraq hər bir müsəlmanın əlində etibarlı və təşviqedici bələdçinin olmasını təmin etməkdir.

Biz bu kitabda İslamda mühüm yer tutan düşüncə, etiqad, hökm və əxlaq mövzularından bəhs edən bütün məsələlərə toxunmuşuq. Bunun üçün asan və aydın üslubdan, mərhələli şərhlərdən, mənanı və təsəvvürü yaxınlaşdıran şəkillərdən istifadə etmişik. Məqsədimiz, ixtisasından asılı olmayaraq hər bir müsəlmanın əlində etibarlı və təşviqedici bələdçinin olmasını təmin etməkdir.

Allahın köməkliyi ilə siz də görəcəksiniz ki, kitab şəriət əhkamlarını və qaydalarını qeyd edərkən Qurani-Kərimin üslubundan ilhamlanır. Belə ki, orada təkcə əməlin vacib, yaxud qadağan olması qeyd olunmamışdır. Kitabda, ibadətlərin həqiqi mənası, məqsədi və səmərisi açıqlanmış, dində olduqca əhəmiyyətli olan suallara cavab verilmişdir. Yeniliklər əsrində yaşadığımızı nəzərə alaraq “nə üçün?”, “necə?”, “nə etməliyəm?” – kimi suallara cavab verilmişdir. 

Uca Allahdan diləyirik ki, bizim niyyətimizi saf, əməlimizi doğru etsin, bizi ən gözəl əxlaqa, danışığa və əmələ yönəltsin. Həqiqətən ən yaxşı olana müvəffəq edən Odur! Bizi ən pisindən qorusun, həqiqətən ən pis işlərdən qoruyan Odur!

Rəbbinin əmri ilə “Ey Rəbbim, mənim elmimi artır!” – deyərək dua edən Peyğəmbərinə Allahın salavatı və salamı olsun.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide