You are here

Qazancına görə haram olanlar:

2- Ziyan (risk) və müəmmalılıq

Alqı-satqı zamanı tərəflər arasında mübahisəyə, narazılığa və ya haqsızlığa səbəb ola biləcək müəmmalılıq və ziyan bu növə aiddir.

İslam şəriəti ehtimal olunan mübahisələrin, haqsızlıqların və fırıldaqların öncədən qarşısını almaq üçün bunu haram etmişdir. Hətta tərəflər buna razı olsalar da haram sayılır. Peyğəmbər müəmmalı alış-veriş növünü qadağan etmişdir. (Muslim: 1513).

Gələcəkdə mübahisəyə səbəb ola biləcək istənilən müəmmalı alış-veriş haramdır.

Müəmmalı alış-veriş növünə aid misallar:

  1. Meyvəni yetişməmiş və dərməmiş satmaq. Meyvənin yetişənə qədər xarab olmaq ehtimalı olduğuna görə Peyğəmbər bu növ alış-verişi qadağan etmişdir. 
  2. Müəyyən məbləğ ödəyərək içərisində nə olduğu bilinmədiyi bir qutunu almaq da bu qəbildəndir. Qutuda dəyərli və ya dəyərsiz əşya ola bilər.

Müəmmalılıq alış-verişə nə zaman təsir edir?

Müəmmalılıq və ziyan (risk) çox və razılaşmanın əsasında olduqda alış-veriş haram hesab edilir. Məsələn, müsəlman evin hansı materialla tikildiyini və boyandığını bilmədiyi halda, onu ala bilər. Çünki bu müəmmalılıq həm cüzidir, həm də alış-verişin əsasında deyil, ləvazimatlardadır.

3- Zülm etmək və insanların mal-dövlətini haqsızlıqla mənimsəmək

Zülm islam şəriətinin qəti qadağan etdiyi ən çirkin əməllərdəndir. Peyğəmbər demişdir: “Zülm Qiyamət günü zülmətlər deməkdir” (Buxari: 2315; Muslim: 2579). İnsanların mal-dövlətini haqsızcasına külli və ya cüzi şəkildə ələ keçirmək ən böyük günahlardandır. Belə günah sahibinə qiyamət günü ən şiddətli cəza vəd edilmişdir. Peyğəmbər demişdir: “Kim zülm edərək bir qarış torpağı mənimsəyərsə, qiyamət günü yeddi qat yer ona boyunbağı olar” (Buxari: 2321; Muslim: 1610).

Davranışlarda edilən zülmə dair misallar:

  1. İnsanları aldatmaq və onlar kələk gəlmək. İnsanların malını yemək üçün bu üsullardan istifadə etmək ən böyük günahlardan hesab olunur. Peyğəmbər demişdir: “Bizi aldadan bizdən deyildir!“ (Muslim: 101). Peyğəmbərin bu sözlərinin deyilmə səbəbi budur ki, bir gün o, bazara daxil oldu və orada bir nəfərin torbada taxıl satdığını gördü. Əlini torbanın içinə salıb taxılı yoxladıqda onun nəm olduğunu aşkar etdi və satıcıya dedi: “Ey mal sahibi, bu nədir belə?!” Satıcı dedi: “Ey Allahın elçisi, onu yağış isladıb”. Peyğəmbər dedi: “Əgər elədirsə, onu üstə qoy ki, camaat (onun yaş olduğunu) görsün”. Daha sonra dedi: “Bizi aldadan bizdən deyildir!” (Tirmizi: 1315).
  2. Qanunlara qarşı kələk işlətmək. Mal-dövləti haqzıslıqla ələ keçirmək üçün bu üsuldan istifadə etmək qadağandır. Kimsə öz zəkası, ağlı və fərasəti səbəbi ilə mövcud qanunlardan istifadə edərək məhkəmə yolu ilə kiminsə malını mənimsəyə bilər. Lakin bilmək lazımdır ki, hakimin hökmü nahaqqı haqq edə bilməz. Peyğəmbər demişdir: “Həqiqətən mən də bəşərəm. Siz mənim yanıma mühakimə üçün gəldiyinizdə kimsə öz fərasəti ilə daha tutarlı dəlil-sübut gətirərsə, mən də eşitdiyimə əsasən onun xeyrinə hökm çıxararam. Mən kiminsə haqqını başqasına vermişəmsə, qoy o öz qardaşının haqqını götürməsin. Sanki mən onun üçün cəhənnəm atəşindən bir pay ayırmışam” (Buxari: 6748; Muslim: 1713).
  3. Məcburiyyət. Heç kəsi hansısa davranışa məcbur etmək olmaz. Əməliyyatlar və müqavilələr hər iki tərəfin xoşluğu ilə olmalıdır. Peyğəmbər demişdir: “Alqı-satqı razılıq ilə olmalıdır” (İbn Macə: 2185).
  4. Rüşvət. Özünə aid olmayan haqqa sahib çıxmaq üçün pul vermək və ya xidmət göstərmək rüşvət sayılır. Bu, zülmün ən iyrənci, günahların ən şiddətlisi hesab olunur. Peyğəmbər rüşvət verəni də, alanı da lənətləmişdir. (Tirmizi: 1337).
    Rüşvət yayılmış hər bir cəmiyyət fəsada, həlaka, geriləməyə və inkişafdan qalmağa məhkumdur.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide