You are here

Övladların hüquqları

Ata bilməlidir ki, onun övladları üçün çəkdiyi xərci və onları ürəkdən sevindirməsi ibadətdir, buna görə savab qazanır.

  • Evlənərkən əməlisaleh zövcə seçmək lazımdır ki, sabah o da yaxşı ana olsun. Atanın övladlarına təqdim edəcəyi ən gözəl hədiyyə elə budur.
  • Övladları gözəl adlarla adlandırmaq lazımdır. Çünki ad övladın daim özü ilə daşıyacağı əlamət olacaqdır.
  • Övladları gözəl tərbiyə etmək, onlara dinin əsaslarını öyrətmək və sevdirmək. Peyğəmbərimiz buyurub: “Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. Camaata rəhbərlik edən əmir himayəçidir və o, rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, himayəsində olanlara cavabdehdir. Qadın ərinin evinə və övladlarına nəzarət edəndir və o, (buna) cavabdehdir. Kölə öz ağasının malını qoruyandır və o, buna cavabdehdir. Həqiqətən, hər biriniz məsulsunuz, tabeliyinizdə olanların məsuliyyətini daşıyırsınız” (Buxari: 2416; Muslim: 1829). Valideynlər övladlarının tərbiyəsini daha önəmli məsələlərdən başlamalıdırlar. İlk öncə onlara şirk, bidət və xürafatdan uzaq olan doğru etiqadı, sonra ibadətləri, əsasən də namazı, daha sonra onları gözəl əxlaq və ədəbi, alicənablığı və xeyiri öyrətmək lazımdır. Bu, Allah qatında çox dəyərli əməl hesab olunur.
  • Xərcliklərin qarşılanması. Oğlan və qız övladlarının xərclərini qarşılamaq atanın vacib işidir. Bu işdə səhlənkarlığa yol vermək, yaxud onları xərclikdən məhrum etmək olmaz. O, bacarığı və imkanı daxilində bu işi ən gözəl tərzdə etməlidir. Peyğəmbər demişdir: “Ehtiyaclarını qarşılamalı olduğu şəxsləri xərcindən məhrum edən günah qazanır” (Əbu Davud: 1692). Peyğəmbərimiz  qız övladlarına qayğı göstərməyə xüsusi diqqət çəkərək demişdir: “Kim qız övladına sahib olub onlara yaxşı baxarsa, onlar onun üçün cəhənnəmə sipər olarlar” (Buxari: 5649; Muslim: 2629).
  • Övladlar arasında (qız və ya oğlan) ədalətli davranmaq. Peyğəmbər demişdir: “Allahdan qorxun və övladlarınız arasında ədalətli davranın” (Buxari: 2447; Muslim: 1623). Heç bir halda qız övladını oğuldan, yaxud oğulu qızdan üstün tutmaq olmaz. Çünki bu ayrı-seçkiliyin fəsadı olduqca böyükdür.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide