You are here

Müsəlman ailənin dəyəri

İslamın ailəyə olan qayğısı aşağıdakı bəndlərdə öz əksini tapmışdır:

  1. İslam şəriəti evlənmək və ailə qurmaq prinsipinə böyük önəm verir. Şəriətimizə görə bu, ən yaxşı əməl və peyğəmbərlərin mirası hesab olunur. Peyğəmbər demişdir: “Mən həm oruc tutur, həm də iftar edirəm. Həm namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim mənim yolumdan çıxarsa, məndən (mənim getdiyim yolda) deyildir” (Buxari: 4776; Muslim: 1401).
  • Qurani-Kərim ərlə arvada bəxş edilən ünsiyyət, dostluq, mərhəmət və sevgi hisslərini «böyük nemət» adlandırmışdır. Uca Allah buyurur: Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir… (ər-Rum: 21).
  • Dinimiz evlilik mərhələsini asanlaşdırmağı əmr etmişdir ki, insan nikah yolu ilə öz iffətini qorusun. Peyğəmbər demişdir: “Üç nəfərə kömək etmək Allahın haqqıdır”. Onlardan birinin bu olduğunu bildirmişdir: “İffətini qorumaq üçün nikah edənə kömək etmək” (Tirmizi: 1655).
  • Gənclərin qüvvət və hissləri çiçəklənən vaxtda rahatlıq tapsınlar və güclü ehtiraslarını icazəli yolla təmin etsinlər deyə onlara evlənmək əmr edilmişdir.

İslam şəriəti evlənməyi və ailə qurmağı peyğəmbərlərin adətindən hesab edir. Ona görə də dinimiz evlənməyi asanlaşdırmağı və bu işdə gənclərə yardım etməyi əmr edir.

  1. İslam dini hər bir ailə üzvünə, istər kişiyə, istərsə  də qadına böyük ehtiram göstərmişdir. 

Dinimiz uşaqları tərbiyə etmək baxımından ata və ananı böyük məsuliyyətlə yükləmişdir. Abdullah ibn Ömər  Peyğəmbərin  belə dediyini eşitmişdir: “Hər biriniz himayəçisiniz və hər biriniz himayənizdə olanlara cavabdehsiniz. Camaata rəhbərlik edən əmir himayəçidir və o, rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, himayəsində olanlara cavabdehdir. Qadın öz ərinin evinə nəzarət edəndir və o, (buna) cavabdehdir. Kölə öz ağasının malını qoruyandır və o, buna cavabdehdir” (Buxari: 853; Muslim: 1829).

  1. Qohumluq əlaqələrini qoruyub saxlamaq müsəlmana əmr olunmuşdur. Bunun mənası odur ki, müsəlman ata və ana tərəfdən olan qohumları ilə əlaqə saxlamalı, öz yaxşılıqlarını onlardan əsirgəməməlidir.

Bu qohumluğa qardaş, bacı, əmi, bibi, dayı, xala və onların övladları daxildir. Qohumluq əlaqələrini qorumaq ən böyük itaət növü hesab olunur. Dinimiz qohumlarla əlaqəni kəsməyi və onlara pislik etməyi qəti qadağan etmiş, böyük günah saymışdır. Peyğəmbər  deyir: “Qohumluq əlaqələrini kəsən cənnətə girməz” (Buxari: 5638; Muslim: 2556).

  1. İslam şəriəti ata və anaya ehtiram göstərmək, təqdir etmək, ölənə qədər qayğısında durmaq və itaət etmək prinsipini bizə öyrətməkdədir.

Övlad nə qədər böyük olsa da onun ata-anasına itaət etməsi və onlarla xoş davranması vacibdir. Uca Rəbbimiz bu əməli Özünə ibadət ilə bərabər tutmuşdur. Onlara qarşı sözdə və ya davranışda həddi aşmağı, hətta narazılıq ifadə edən bir kəlmə işlətməyi və ya səs çıxartmağı qadağan etmişdir. Nöqsansız Allah buyurur: Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! (əl-İsra: 23).

  1. Övladlarla ədalətli davranmaq.

Dinimiz oğul və qız övladlarımızın hüquqlarını qorumağı, xərclik və digər aşkar davranışlarda hamısına eyni gözlə baxmağı əmr etmişdir. Peyğəmbər  demişdir: “Allahdan qorxun və övladlarınıza qarşı ədalətli davranın” (Buxari: 2650).

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide