You are here

Kitablara iman etmək

Kitablara iman etməyin anlamı

Biz qəti surətdə uca Allaha məxsus kitabların mövcudluğuna iman edirik. O, bu kitabları insanlara təbliğ etsinlər deyə Peyğəmbərlərinə nazil etmişdir. Bu kitablar uca Allahın Özünə layiq olan tərzdə danışdığı həqiqi kəlamıdır. Bu kitabların məzmunu hər iki həyatda insanları haqqa, nura və hidayət yoluna çağırmaqdan ibarətdir. 

Kitablara iman etmək imanın əsaslarından biridir. Uca Allah buyurur: Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! (ən-Nisa: 136).

Uca Allah Özünə, Peyğəmbərinə və ona nazil etdiyi kitabına iman gətirməyi əmr etmişdir. Həmin kitab Qurani-Kərimdir. O cümlədən Qurandan öncə nazil olmuş kitablara da iman gətirmək əmr olunmuşdur.

Peyğəmbər iman etmək haqqında demişdir: “İman -  Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinə iman gətirməkdir” (Muslim: 8).

Əvvəlki peyğəmbərlərə Allah tərəfindən kitab verildiyinə tam əminlik göstərməyən müsəlmanın imanı doğru olmaz.

Kitablara iman gətirmək nəyi ehtiva edir?

  • Onların həqiqətən də Allah dərgahından nazil olduğuna iman etmək.
  • Onların uca və nöqsansız Allahın kəlamı olduğuna iman etmək.
  • Allahın adlarını çəkdiyi kitablarına iman etmək. Məsələn, Muhəmməd Peyğəmbərə  nazil etdiyi Qurani-Kərimə, Musa Peyğəmbərə  nazil etdiyi Tövrata, İsa Peyğəmbərə  nazil etdiyi İncilə iman etmək.
  • Əvvəlki kitablarda deyilən doğru məlumatları təsdiqləmək.

Keçmiş kitablarda deyilən məlumatlara münasibətimiz necə olmalıdır?

Müsəlman iman gətirməlidir ki, Musaya nazil olan Tövrat, İsaya endirilən İncil Allah tərəfindən göndərilmiş haqq kitabdır. Bu kitabların özündə hökmlər, moizələr, insanları bu dünyada və axirət həyatında doğruluğa çağıran və nura yönəldən məlumatlar vardır.

Lakin uca Allah bizə Qurani-Kərimdə xəbər vermişdir ki, yəhudi və xaçpərətlərdən ibarət kitab əhli öz kitablarını təhrif etmiş, əlavə və çıxarışlar etmiş, kitabları Allahın nazil etdiyi kimi qalmamışdır.

Bu gün mövcud olan Tövrat kitabı Musaya nazil olan Tövrat deyildir. Çünki o zaman yəhudilər onu təhrif etmiş, dəyişmiş, oradakı hökmlərin çox hissəsini istədikləri kimi yazmışlar. Uca Allah buyurur: Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir. (ən-Nisa: 46).

O cümlədən mövcud İncil İsaya nazil olan İncil deyildir. Xaçpərəstlər də İncili təhrif etmiş, hökmlərini dəyişmişlər. Uca Allah xaçpərəstlər haqqında buyurur: Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır” - deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran: 78).

“Biz xaçpərəstik”, - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir! (əl-Maidə: 14).

Buna görə də bu gun Kitab Əhlinin əlində olan və özündə Tövrat və İncili ehtiva edən “Müqəddəs Kitab” adlı məcmuə bir çox zərərli etiqadları, yalan hekayələri və səhv məlumatları ehtiva etməkdədir. 

Biz bu kitablarda olan məlumatlardan yalnız Qurani-Kərimdə və səhih hədislərdə deyilənlərə müvafiq olanını təsdiq edir, Quranın və hədislərin təkzib etdiklərini isə təkzib edirik. Digər məlumatlar haqqında isə susuruq. Onları nə təkzib edir, nə də təsdiqləyirik.
Bütün bunlara baxmayaraq, müsəlman bu kitablara hörmətlə yanaşmalı, onları təhqir etməməli, ayaq altına atmamalıdır. Çünki bu kitablarda Allahın təhrif edilməmiş kəlamlarından  qalıqlar ola bilər

Qurani-Kərimin də xəbər verdiyi kimi biz yəqinliklə bilirik ki, bugünkü Tövrat və İncil dəyişikliklərə məruz qalıb. Amma buna baxmayaraq müsəlman bu kitablara hörmətlə yanaşmalı, onları təhqir etməməli, bulaşdırmamalıdır. Çünki orada Allahın dəyişdirilməmiş kəlamının qaldığı ehtimal olunur.

Qurani-Kərim qarşısında üzərimizə düşən vacib borc nədir?

  • Qurani-Kərimi sevmək, uca tutmaq, ona ehtiram göstərmək vacibdir. Çünki o, İzzət və Əzəmət sahibinin kəlamıdır. O, ən doğru və ən üstün kəlamdır.
  • Onu vaxtaşırı oxumaq, surə və ayələrinin mənası haqqında dərin düşünmək üzərimizdəki vacib haqqdır. Qurani-Kərimdə oxuduğumuz moizə, məlumat və hadisə haqqında düşünməli və öz həyatımızı həmin məlumatlarla müqayisə etməliyik ki, haqqı nahaqdan ayıra bilək.
  • Onun əhkamlarına itaət göstərmək, əmrlərinə boyun əymək, ədəb-əxlaqını mənimsəmək və bütün bunları həyat yolumuz etmək üzərimizdəki vacib haqqdır.

Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin əxlaqı haqqında soruşduqda belə demişdir: “Onun əxlaqı Quran idi” (Əhməd: 24601; Muslim: 746).

Hədisin mənası budur ki, Peyğəmbərin həyatı və ömrü Qurani-Kərimin buyurduqlarını əməli həyata keçirməkdən ibarət olmuşdur. Peyğəmbər  Quranın çağırdığı haqq yola kamil itaət nümunəsi olmuşdur. O, hər birimiz üçün gözəl örnək nümunəsidir. Uca Allah buyurur: Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (əl-Əhzab: 21).

Qurani-Kərimin də xəbər verdiyi kimi biz yəqinliklə bilirik ki, bugünki Tövrat və İncil dəyişikliklərə məruz qalıb. Amma buna baxmayaraq müsəlman bu kitablara hörmətlə yanaşmalı, onları təhqir etməməli, bulaşdırmamalıdır. Çünki orada Allahın dəyişdirilməmiş kəlamının qaldığı ehtimal olunur.

Qurani-Kərimin fərqləri və özəllikləri

Qurani-Kərim Peyğəmbərimiz və örnəyimiz Muhəmmədə nazil olan Allah kəlamıdır. Bu səbəbdən mömin bu kitabı təzim edir, əhkamlarına riayət etməyə, daim oxumağa və haqqında düşünməyə çalışır.

Qurani-Kərimin bu dünyada yolumuzu müəyyənləşdirməsi, axirətdə isə qurtuluşumuza səbəb olması onun dəyərini göstərir. Qurani-Kərimi əvvəlki səmavi kitablardan fərqləndirən bir çox fərqli cəhətlər və özəlliklər vardır. Onlardan bəzilərini sadalayaq:

  1. Qurani-Kərim ilahi əhkamların xülasəsini özündə ehtiva etmişdir. O, özündən əvvəlki kitablarda deyilən tək Allaha ibadət etmək prinsipini təsdiq etmişdir.

Uca Allah buyurur: Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onların doğruluğuna şahid olaraq endirdik. (əl-Maidə: 48). özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən ayəsinin mənası budur ki, bu kitabda deyilənlər əvvəlki kitablarda deyilən etiqad və əmrlər haqqında məlumatlara müvafiqdir. onların doğruluğuna şahid olaraq ayəsi isə, Quranın özündən əvvəlki kitablara şahidlik etdiyini və onların məzmununu qoruduğunu bildirir.

  1. Dilindən və irqindən asılı olmayaraq bütün insanlar bu kitaba bağlanmalı, əməl etməlidirlər. Quranın nazil olma vaxtından nə qədər zaman keçsə də hamının ona iman etməsi vacibdir. Amma əvvəlki kitablar belə deyildi. Onlar müəyyən bir tayfa, xalq üçün nazil edilirdi. Uca Allah buyurur: Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. (əl-Ənam: 19).
  2. Uca Allah Qurani-Kərimi qorumağı Öz öhdəsinə götürmüşdür. Heç kəs onu təhrif edə bilməmiş, bundan sonra da təhrif edə bilməyəcəkdir. Uca Allah buyurur: Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq! (əl-Hicr: 9). Buna görə də Qurani-Kərimin bütün məlumatları doğrudur və onları təsdiqləmək də vacibdir.

Kitablara iman etməyin səmərələri:

  1. Uca Allahın Öz bəndələrinin qayğısına qaldığını və onlara kamil mərhmət göstərdiyini bilmək. Belə ki, uca Allah hər xalqa onları doğru yola aparan, dünya və axirət xoşbəxtliyinə qovuşduran kitab göndərmişdir.
  2. Uca Allahın göndərdiyi şəri əhkamlardakı hikmətləri bilmək. Çünki O, hər qövmə vəziyyətlərinə uyğun, şəxsiyyətlərinə münasib qanunlar qoymuşdur. Uca Allah buyurur: Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. (əl-Maidə: 48).
  3. Bu kitabları nazil etdiyinə görə Allahın nemətlərinə şükür etmək. Bu kitablar dünya və axirətdə nur və hidayətdir. Belə böyük nemətə qarşılıq olaraq Allaha şükür etmək lazımdır.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide