You are here

Mələklərə iman gətirmək

Mələklərə iman gətirməyin mənası:

Mələklərin mövcud olmasını, onların qeyb aləminə aid olduqlarını, insan və cinlərdən fərqləndiklərini qəti surətdə təsdiqləmək. Onlar hörmətli, təqvalı, Allaha layiqincə boyun əyən, Allahın əmrlərini icra edən və heç vaxt Allaha asi olmayan məxluqlardır.

Uca Allah buyurur: Xeyr, (mələklər) möhtərəm qullardır. Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər. (əl-Ənbiya: 26-27).

Onlara iman gətirmək imanın altı əsasından biridir. Uca Allah buyurur: Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirir… (əl-Bəqərə: 285).

Peyğəmbər iman haqqında demişdir: “İman- Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinə iman gətirməkdir” (Muslim: 8).

Peyğəmbər demişdir ki, səma öz sakinlərinə görə ağırlaşmışdır. Hər qarışında bir mələk ya qiyamda, ya rükuda, ya da səcdə vəziyyətindədir.

Mələklərə iman gətirmək nəyi ehtiva edir?

  1. Onların mövcudluğuna iman gətirmək: Biz iman edirik ki, onlar Allahın yaratdığı məxluqlardır. Onların mövcudluğu həqiqətdir. Allah onları nurdan yaratmış, Ona ibadət və itaət etməyi tapşırmışdır.
  2. Adlarını bildiyimiz (Cəbrayıl kimi) və ya bilmədiyimiz mələklərə ümumi mənada iman edirik.
  3. Barələrində bildiyimiz vəsflərlə onlara iman gətirməliyik. Onların bu vəsflərini qeyd edə bilərik:
  • Onlar qeyb aləminə aiddirlər. Allaha ibadət üçün yaradılmış məxluqlardır. Onların Rububiyyət və ya Uluhiyyətdə payları yoxdur. Onlar təmamilə Allaha ibadət edən qullardır. Uca Allah buyurur: Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən mələklərdir (zəbanilərdir). (ət-Təhrim: 6).
  • Onlar nurdan yaradılıblar. Peyğəmbər demişdir: “Mələklər nurdan yaradılıblar” (Muslim: 2996).
  • Onların qanadları vardır. Uca Allah mələklərə qanad verdiyini və qanadlarının sayına görə bir-birindən fərqləndiklərini bizə xəbər vermişdir. Uca Allah buyurur: Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! (Fatir:10)
  1. Allahın əmri ilə icra etdikləri əməllərinə iman edirik. Misal olaraq, aşağadakıları demək olar:
  • Uca Allahın vəhyini elçilərinə çatdırmaq tapşırığını alan mələk Cəbrayıldır .
  • Ruhları bədəndən çıxartmaq tapşırığını almış mələk - ölüm mələyi və onun köməkçiləridir.
  • Bəndənin yaxşı və ya pis əməlini yadda saxlamaq və onu yazmaq tapşırığı alan mələklər - «kiramən-katibin» adlandırılan və əməlləri yazan çox hörmətli mələklərdir.

Tez-tez kiminsə təhlükəli vəziyyətdən xilas olduğu haqqında məlumat alırıq. Biz unutmamalıyıq ki, Allahın əmri ilə bəzi mələklərin işi insanları təhlükəli vəziyyətlərdən xilas etməkdən ibarətdir.

Mələklərə iman etməyin səmərəsi:

Mələklərə iman etmək möminin həyatına çox böyük səmərələr verməkdədir. Onlardan bəzilərini sadalaya bilərik:

  1. Allahın əzəmətinin, gücünün və kamil qüdrətinin dərk edilməsi. Belə ki, hər hansı məxluqun əzəmətli yaradılışı onu yaradanın əzəmətinə dəlalət edir. Bunu dərk edən mömin Allahı daha çox təqdir və təqdis edir. Nurdan qanadlı mələklər yaradan Allah nə qədər ucadır, qüdrətlidir!
  2. Allaha itaətdə sabitqədəm olmaq. Bütün əməllərinin mələklər tərəfindən yazıldığına iman gətirən kimsə Allahdan qorxar. Nə aşkarda, nə də gizlində ona asilik etməz.
  3. Mömin bu kainatda özü ilə bərabər Allaha ən gözəl və ən ləyaqətli şəkildə itaət edən minlərlə mələklərin olduğunu hiss edəndə Rəbbinə etdiyi itaətində səbirli olar, mərhəmət və rahatlıq hissləri ilə yaşayar. 
  4. İnsanları qorumaq və himayə etmək məsuliyyəti ilə yüklənmiş mələklərin varlığını düşünəndə insan Allahın adəm övladına göstərdiyi yüksək qayğıya görə Ona şükr edər.

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide